5/10
·216 syf.··
2025 101. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Mayıs 2025 16:26
Çox böyük həvəslə, gözləntilərlə almış olduğum "Eşq sultanı" Əzizə Cəfərzadənin sonuncu romanıdır. Əsərdə Məhəmməd Füzulinin bədii obrazı yaradılmışdır. Kitabın Füzulinin həyat və yaradıcılığı haqqında yazılmış olduğunu öyrəndikdə elə böyük bir həvəslə almışdım ki... Ancaq təəssüf ki, oxuduqca xəyal qırıqlığına uğradım. Hətta Füzulidən soyudum desəm, yalan olmaz(əsər daxilində). Kitabın sonunda müəllifin oğlunun qeydi var. Yazır ki, Əzizə xanım "Füzuli elə bir düha, elə bir dəryadır ki, ona böyük məhəbbət və səcdəmə baxmayaraq, onun haqqında yazmaq qədər məsuliyyətli bir işə qol qoya bilmərəm" deyirmiş. Kaş ki, elə qol qoymasa imiş... Düzdür, kitabın yazılması Əzizə xanımın həyatının son dövrlərinə təsadüf etdiyindən çətin başa gəlib. Gözü artıq zəif gördüyü, əli qələm tutmadığı üçün səsini qeydə alıb kitab halına gətirmək də xeyli çətin olub. Yəqin, bu səbəbdəndir ki, üslub zəif, cümlələr, hissələr çox dağınıqdır. Fikir tam çatdırıla bilmir. Dəxli olmayan, yarımçıq qırılan, başqa bir yerdən davam edən hadisələr kitabın keyfiyyətini daha da aşağı salır. (Ancaq bunlara Əzizə Cəfərzadənin ilk romanı "Aləmdə səsim var mənim" əsərində də rast gəlmişdim, o zaman da ilk roman olması ilə əlaqələndirmişdim, ən son romanda da belə...) Əsər boyu Füzuli haqqında gözlədiyim heç bir şeyi görmədim. Çox bəsit, mənasız gəldi mənə yazılanlar. Kitabın yarısından sonra ancaq Sultan Süleyman haqqında oxumaq da çox sıxdı. Mənim fikrimcə, Füzuli haqqında yazılan əsər belə olmamalı idi - bu qədər bəsit, bu qədər mənasızlıqlarla dolu. Çox daha mükəmməl bir əsər oxuyacağımı düşünmüşdüm...
Edebiyat
Eşq SultanıƏzizə Cəfərzadə · Mimta Yayınları · 202330 okunma
·
388 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Vəfa Hafiz
Gönderi Sahibi
"Aləmdə səsim var mənim" əsərində qüsurlar, nöqsanlar olsa da, Seyid Əzim Şirvaninin obrazı çox qəşəng yaradılmışdı. Bu əsərdə isə o boyda Füzuli.......