8/10
·520 syf.··
2025 1. kitabı
·
75 günde okudu
·
Okunma: 05 Mayıs 2025 17:32
Bu kitabı bitirəndə ətrafındakı hamı ciddi anlamda məni təbrik etdi. 75 gündə oxuyub bitirdiyim bu lənətli kitab haqda sizə danışmaq istədim. Niyə lənətli adlandırıram? Əsas məsələ elə məhz odu niyə lənətli? Bu kitabı çoc yacın bir dostuma ad günü hədiyyəsi etmişdim. Bunu ona həfiyyə edəndən sonra özümə də eynisindən aldım və bir-birimizə söz verdik ki, eyni anda ikimiz də oxuyacıq. Planlamamızla oxumayımız 2024-cü ilin oktyabr ayına təsadüf edirdi, hansı ay ki həmin dostumla bir daha danışamamaq üzrə ayrılmışdıq. Daha sonra mən də dedim bəlkə barışarıq oxumayım bir oxuyarıq. Sonra gəldi fevral ayı bütün hər şeyin təmamilə qopduğu ay. Dedim daha onla oxuya biləcək durumda belə deyilik. Oxuyum özüm. Oxumağa başladım. Oxuduğum müddət ərzində başıma gəlməyən qalmadı. Çox yaxın birimi belə itirdim (dost kimi deyil, ailə üzvlərimdən). Oxumağa çalışdığım hər bir halda başıma bir şeylər gəlirdi və mən bu kitabı bitirə bilmirdim. Kitab maraqsız da deyildi, sadəcə lənətli idi. Amma sonunda kitabı bitirdim. Gəlin indi kitab haqda danışım. Kitab birdən birə yoxa çıxan Eymi və hər şeydə günahkar görülən Nik Dann, və baş verilən hadisələr haqqında danışılır. Kitab çox maraqlıdı idi, vərəqi çevirdikcə çevirdən tipdə kitab idi (niyə 75 günə bitdiyini biıirsiniz:)) Kitabdan sevdiyim məqamları vurğulamq istəyirəm. 1. Xəzinə ovları - əslində çox romantik bir üsuldu. Uşaq vaxtı bacımla belə edərdik, amma bir-birimizə hədiyyə verməz, sadəcə bir şeylər gizlədərdik. Burada xəzinə ovunda Nik düşünür ki, həyat yoldaşı hər şeyi (aralarındakı soyuqluğu, bitməyə gedən evliliklərini, hər gün baş verən mübahisələri və s.) xəzinə ovu ilə həll edə biləcəyini düşünsə də artıq belə deyil, amma yumuşayırdı. ( Not: Mən də küsdüyüm dostuma 4 fevraldan sonra 28 fevralda olan ad günü üçün belə bir şey etmək istəyirdim. Bəlkə hər şey geri qayıdar deyə, amma siz etməyin) 2. Bir-birlərinə hər nə qədər nifrət etsələr də yenidən bir-birlərindən başqasına aid olmadıqlarını anlamaları. Ola bilər ki toksik ilişki sevirəm, bu günah olmamalıdı elə deyil 3. Eyminin ağlına heyran qalmamaq əldə deyildi. Bunu məncə heç kim inkar etməz, edə də bilməz, amma insanların unutduqları şey var; Nikin zəkası. Eymi qədər olmaya bilər, amma Nikin də düşübcələri çox heyranedici idi. Kitabın ilk hissələrini oxuyanda Eymiyə o qədər yazığım gəlmişdi ki, hətta yazıq qız həyatı necə yaşayır deyə düşünürdüm, kitabın ortasında Nikə yazığım gəlməyə başladı. Sonlarında isə ikisinin də eyni şey olduğunu anlayıb, o lazımsız duyğunu sildim beynimdən. Ümid edirəm ki, kitabı aldığım dostum da kitabı oxuyar və mənim kimi bəyənər. Hal-hazırda onun 1000kitab səhifəsində bloklanmış hesablar hissəsindəyəm, amma ümid edirəm bir gün bu kitabı oxuyar və ona inceleme yazar. Oxuya bilsəm də bilməsəm də sevinərən. Kitabı insanlara oxumağa tövsiyə edərəm, amma özüm bu kitabı ikinci dəfə heç bir zaman oxumaram. Hər zaman kitab rəfimdə “lənətli kitab” olaraq qalacaqsan, İtkin qız. Səni bir daha oxumamaq və kitabı aldığım dostumu bir daha görməmək diləyi ilə.
Düşünce
İtkin QızGillian Flynn · Qanun Nəşriyyatı · 2023593 okunma
·
66 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.