Gönderi

'Məcburiyyət' sözünü heç sevmirəm.
Puan vermedi·50 syf.··
2025 27. kitabı
·
2 saatte okudu
·
Okunma: 09 Mayıs 2025 18:09
Stefan Zweig'in “Məcburiyyət” əsəri insanın daxili vicdanı ilə xarici təzyiqlər arasında qaldığı ziddiyyətli bir dünyanı təsvir edir. Birinci Dünya Müharibəsinin qaranlıq günlərində yazılmış bu qısa hekayə, yalnız dövrün deyil, eyni zamanda hər çağın insanına toxunan bir məsələni – azad iradə ilə məcburiyyət arasındakı çarpışmanı mərkəzə alır. Zweig bu əsərdə oxucunu bir insanın iç dünyasının ən qaranlıq künclərinə aparır. Ferdinandın tərəddüdləri, qorxuları, sualları o qədər incəliklə və səmimiyyətlə yazılıb ki, oxucu onunla birgə eyni daxili mübarizəni yaşamağa başlayır. Əsər təkcə savaşın xarici yıxımını deyil, insan ruhunda açdığı yaraları da göstərir. "Məcburiyyət", yalnız savaş əleyhinə bir hekayə deyil; insanın öz dəyərləri uğrunda verdiyi mübarizənin simvoludur. Stefan Zweig azadlığın, vicdanın və sülhün səsini hər sətirində duyurmağı bacarır.
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175bin okunma
·
275 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.