Kafkanın zərifdən də zərif ürəyi vardı.
Puan vermedi·128 syf.··
2025 30. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Mayıs 2025 10:07
Kitabda Franz Kafkanın "Hökm" novellası, pritçalarından nümunələr, "Gündəliklər"indən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçalar daxil edilmişdir. Kitabın adı "Vəsiyyət" olsa da, Kafkanın heç bir rəsmi vəsiyyəti olmayıb. Sadəcə yazı masasının üzərindəki kağızlar arasında biri mürəkkəblə, digəri karandaşla yazılan dostu Maks Broda ünvanlanmış iki qeyd tapılmışdır və kitabda "Vəsiyyət" olaraq qeyd edilmişdir. Bu qeydlərdə Kafka öz dostundan çapa verilməmiş bütün əlyazmalarını, özünün və özgələrinin məktublarını, hər nə tapılırsa hamısının yandırılmasını tələb edir. Maks Brod isə "əmanətə xəyanət" edərək onları çapa verir. "Və inanmaq çətindir ki, həmin əsərlərin hər hansı biriylə tanış olduqdan sonra bununla Maks Brodu qınamaq fikrinə düşən bir Allah bəndəsi tapılsın..." Kitab həcmcə kiçik olmasına baxmayaraq, yazıçı və əsərləri haqqında bir çox məlumatı özündə əks etdirir.
VəsiyyətFranz Kafka · Qanun Nəşriyyatı · 202066 okunma
·
274 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Sujet xətti Paskual Duartenin ailəsi adlı kitabı xatırladır. Bu yaxınlarda oxumuşdum və yazan şəxsin istəyinə görə tapan şəxs tərəfindən bu yazılar oxunmadan atılmalı idi. Həmin şəxsin bunu etməməsi isə bu yazıların dünya şöhrətli əsərlər arasına girməsinə səbəb olur. Hər kəsə belə dost qismət olsun. Paskual Duartenin ailəsi