Sükutla danışdım illərlə,
Dilimi yandıran sözləri içdim.
“Qızsan, səbr elə” — dedilər,
Yolum dözməkdən keçdi...
Qanadlarım ağırlaşdı hər addımda,
Amma yenə də uçmaq istədim.
Qaranlıqda özümü axtardım,
Səssiz bütün qadınlar üçün.
İnsanlar məni qapalı bir evdə gözləyir,
Qızlara öyrədilən tək şey: Səbr.
Sadəcə qırılan bir neçə qanad...
Hər gün, bir az daha ağırlaşır.
Həyatımız müharibə ilə anılır,
Bəs biz, sükutdan daha güclü olan qadınlar,
Hansı səssizliyə layiqik?
Günəşdən əvvəl gördüm hər bir qarış
Bir qadının ağrısını, yanan gözlərini,
Sadəcə azadlıq istəyini...
Amma yalnız bu əzabda həyat var.
Sıxılan boğazdan çox,
O boğulmuş ürəkdən gələn bir ah var.
Bir gün çıxacağam bu qapıdan,
Ayağımın altında qırılacaq bütün susqun illər.
Heç kimə izah etmədən,
Əlimi cibimə, ruhumu çiynimə alıb gedəcəyəm.
Səssiz gedəcəyəm — amma azad.
Külək saçımı daşıyacaq,
Səma adımı əzbərləyəcək.
Və mən geriyə baxmayacağam.
Çünki mən artıq susmuram.
Çünki mən artıq azadam.
(F.)