“ Mutlu olduğunu bilmeyen ne kadar mutlu insan var…”
Roman, nəql edən şəxsin hərracda iştirak etməsi ilə başlayır. Vərəmdən dünyasını dəyişən Marguerite Gautier’ın evinin əşyaları satışa çıxarılır. O hərracdan bu xanımın bir kitabını alır. Bir müddət sonra kitabın üzərində imzası olan vəkil Armand Duval ilə tanış olur və Armand onunla Marguerite Gautier arasındakı kədərli sevgi hekayəsini danışır.
Atası ilə eyni adı daşıyan Aleksandr Dümas Fils bu kitabı öz yaşadığı real hadisələrə əsasən yazıb. Kitabı 3 həftəyə yazıb bitirib, bunun başlıca səbəbi də baş obrazın elə özü olmasıdır.
Kitabı sadəcə sevgi romanı olaraq dəyərləndirmirəm, çünki dövrün ictimai həyatı, insanların dəyişməyən qəlibləşmiş düşüncələri, sinfi ayrı-seçkiliklər da açıq şəkildə göstərilib.. Qadının dəyişməyə çalışması, ona vurulan damğadan qurtulmaq istəməsi amma yenə cəmiyyətə məğlub olması çox təsiredici idi. . Bu kitab mənə bir daha xatırlatdı ki, bilmədiyimiz həyatlar haqqında qərəzli fikirlərə sahib olmamalıyıq. İnsanlar fərqli həyatlar yaşayırlar. Bizdən fərqli şərtlər altında yaşadıqları peşədən və həyatdan asılı olmayaraq, başqasına zərər vermədikləri müddətcə mühakimə edilməməlidirlər.
Kitabda Sevgi, qısqanclıq, xəyanət, paxıllıq, peşmanlıq nə istəsəniz var… Məncə Armand və Marguerita’nın imkansız sevgisini oxusanız çox bəyənəcəksiniz.