İlk təəssüratın doğru olmadığını başa düşmək üçün insan nə qədər sarsılmalıdır?
Jane Austen “Qürur və Qərəz” əsərində insan münasibətlərini, sinif fərqlərini və xüsusilə qürur və qərəzin insanlar arasındakı əlaqələrə necə təsir etdiyini ustalıqla göstərir. Kitabı oxuduqdan sonra bir balaca Jane Austenin həyatı barədə araşdırma apardım və nəzərimə çarpan bir məqam, yazarın öz həyatı ilə kitabın sonu arasındakı ziddiyət idi. Austen özü heç vaxt evlənməyib və onun romantik həyatı xoşbəxt sonla nəticələnməyib. Buna baxmayaraq, o, “Qürur və Qərəz” əsərində idealist və ümidverici sonluq qurub. Bəlkə də bu, onun öz arzularını ədəbiyyat vasitəsilə yaşatmaq cəhdi idi. Bəlkə də bu yolla oxuculara “xoşbəxtlik mümkündür” mesajı vermək istəyirdi.
Kitabın oxucuya qazandırdıqlarına gəldikdə isə, Roman göstərir ki, ilk təəssüratlar bəzən çox aldadıcı ola bilər. Elizabet və Darcy bir-birlərini tanımadan hökm verirlər — bu, oxucuya öz həyatında da daha diqqətli və səbirli yanaşmağı öyrədir.
Kitab açıq şəkildə göstərir ki, insanın xarici mövqeyi (var-dövlət, sosial status) deyil, daxili keyfiyyətləri (dürüstlük, vicdan, hörmət) onu dəyərli edir. Elizabetin bu prinsiplərdən heç vaxt vaz keçməməsi mənə böyük ilham verdi.
Əsərin 1813- cü ildə işıq üzü görməsinə baxmayaraq Cəmiyyət və tənqidi baxış (qadınların evliliyə məcbur edilməsi, ailələrin sosial status həsrəti, insanların bir-birinə yalnız var-dövlətə görə qiymət verməsi.) günümüzündə aktual mövzusudur.
Bennet ailəsinin beş qızının hər birinin fərqli xarakterlərə sahib olması sadəcə təsadüfi bir süjet seçimi deyil — bu, Jane Austen-in cəmiyyətə baxışını göstərən çox ağıllı bir ədəbi texnikadır. Austen oxucuya göstərmək istəyir ki, qadınların uğuru və xoşbəxtliyi təkcə evliliyə və gözəlliyə bağlı deyil. Fərqli xarakterli qadınlar fərqli yollara düşürlər və nəticələri də müxtəlif olur. Bu müqayisə oxucuya düşündürür: “Doğru seçim nədir?” və “Həyatımızı hansı dəyərlərlə qururuq?”
Əsərdə qürurun bədən tapmış halı Darcy, qərəzin isə Elizabeth olur. Darcy’nin qüruru müvəqqəti olub dəyişir, amma Elizabetin qərəzi daha uzun müddət davam edir və o, dəyişmək üçün öz daxili zəka və şəxsiyyətini dərk etməlidir. Əsərin əsas mesajı isə odur ki, hər iki tərəf də özünə dair yanlış təəssüratları və münasibətləri düzəldərək daha müdrik və anlayışlı ola bilər.
Bəs belə bir sual insan dəyişə bilərmi?
Bəli, “Qürur və Qərəz” əsəri əsasında sevginin insanın dəyişməsindəki rolunu vurğulamaq mümkündür. Əsər, sevginin yalnız bir duyğu və əlaqə qurmaqdan ibarət olmadığını, həmçinin insanın daxili dünyasında dərin dəyişikliklərə səbəb ola biləcəyini göstərir.
Əsər haqqında bir nəticəyə gəlsəm bəyəndim və töfsiyyə edirəm. Əsər oxucunu düşündürür, güldürür, içində bir mübarizə ruhu oyadır. “Doğru olan nədir?” sualını qoyur. Və ən əhəmmiyətlisi öyrədərkən bizi çox hüzünləndirmədən, xoşbəxt sonluqla bitir. (Jane Austenin öz həyatından fərqli olaraq).
Xoş mütaliyələr)).
Qürur və QərəzJane Austen