Tantra:
Qadağaların səhnə arxasındakı həqiqət...
Osho Tantra: "Cinsəllik və Sprituallıq..."
Cinsəllik- Günahdan İlahi enerjiyə...
Osho cinsəlliyi günah və utancla deyil, ilahi bir başlanğıc nöqtəsi kimi görür...
Seneca ifadə etmişkən:
"Seks Tanrıya açılan pəncərədir..."
Osho Tantranın Mahayana və Buddizm ilə qovuşduğu yerdə dayanır...
"Hər şey içimizdəki enerjidir, əgər onu basdırmaq əvəzinə , yönləndirə bilsək, o, bizi mərifətə aparar..."
Osho deyir ki: "İnsan öz içindəki alovla üzləşmədikcə , o heç vaxt işığa çata bilməz..."
Seksual akt, yalnız bədənlərin deyil, ruhların birliyidir...
Bu təmas özünü "unutmaq aktı"dır , yəni bir növ mistik ölüm və yenidən doğuluşdur...
-Burada cinsəllik bir vasitədir- ego ölür, sevgi doğulur...
-Məhəbbətdə yox olmaq, Tantra da var olmaq...
-Tantra üçün keçmiş ,gələcək yoxdur ,yalnız bu an vardır...
Bədən zindan deyil- o ,bir qapıdır əgər doğru yaşasan o səni azadlığa aparar...
Ruminin da ifadə etdiyi kimi:
"Mənə ruh deyə baxma, mən bədəndəki ruham. Məni bədən deyə kəsmə, bədənimdəki eşqi gör..."
Ənənəvi dinlər ehtiras və arzunu nəfslə eyniləşdirərək basdırır...
Osho isə deyir ki:
"Enerji pis və ya yaxşı deyildir, neytraldır- yönəldildiyi yer onu müəyyən edir...
-Ehtirası inkar etmə, onu anla və yönəlt...
İki qütbün birləşməsi Yin və Yang
Osho Tantra ilə cinsəl harmoniya deyil, varlığın kişi və qadın qütbləri arasındaki birliyi ifadə edir...
"Hər kişi içində bir dişi daşıyar, hər qadında bir kişi..."
"Tantrik bir akt, yalnız iki bədənin deyil, kainatın iki yarısının qovuşmasıdır..."
Osho deyir: Tanrını göydə axtarma – nəfəsində, toxunuşunda, arzunda axtar. Tanrı özünü günah saydığın yerdə gizləmişdir. Dinlər səni yuxuya çağırır — amma Tantra səni yandırır. Varlığın içindəki qaranlığa en və orada işıq doğur. Çünki Tanrıya aparan yol səmaya deyil, içimizdəki labirintə gedir. Və bəlkə də, şəhvət o labirintin ən qorxulu, amma ən doğru qapısıdır...
"Samsara" filmində belə bir sitat vardı:
"Min istəyi doyurmaq daha önəmlidir, yoxsa tək birini fəth etmək...?!"
Bu sual Tantrik fəlsəfənin özüdür...
"İstəyini basdırma, onun içindən keç və onu çevrilməyə məcbur et..."
p.s.sevgisi uğruna uçarmış alova pərvanələr...