Gönderi

Puan vermedi·276 syf.··
2025 3. kitabı
·
98 günde okudu
·
Okunma: 15 Mayıs 2025 11:57
Uzun zamandır Rabindranat Taqorun Fəlakət romanını oxuyurdum. Təəssüf ki, kitab mənə olduqca maraqsız gəldi. Hadisələr çox uzadılmış, və yorucu şəkildə təsvir olunmuşdu. Əsəri oxuyarkən Hindistanın adət-ənənələrinin geniş şəkildə əks olunduğunu gördüm. Kitab maraqsız gəldiyi üçün ara-sıra oxuyur, hətta bir müddət yarımçıq qoymuşdum. Daha sonra yalnız başladığımı yarımçıq qoymamaq üçün davam edib bitirdim. Oxuduqca özümü bir hind kinosunun içindəki kimi hiss edirdim. Bu isə mənə bir zamanlar hind dilini öyrənməyə başladığım günləri xatırlatdı. Sırf hind mahnılarını və kinolarını sevdiyim üçün bu dili öyrənməyə başlamış, lakin sonradan yarımçıq qoymuşdum. Əsərin əsas xətti Romeş, sevdiyi qız Hemnolini və onun “Fəlakəti” olan Kəmalə üzərində qurulub. Romeş, ailəsinin təkidi ilə Suşila ilə evlənməli olur. Toydan sonra baş verən qayıq qəzası bir çox insanın ölümünə səbəb olur. Romeş sağ qalır və gəlin libasında olan sağ qalmış bir qızı Suşila zənn edərək evinə aparır. Lakin bilmirdi ki, bu qız əslində başqasının — Nolinakxanın gəlinidir. Elə əsərin “Fəlakəti” də məhz bu yanlışlıqla başlayır. Romeşin bu həqiqətlə necə üzləşdiyi, onun yaşadığı daxili çöküş və vicdan mübarizəsi romanın əsas tərəflərindəndir. Eyni zamanda yaşı az olmasına baxmayaraq Kəmalənin çəkdiyi iztirablar, yaşadığı çətinliklər və bir qadın kimi içində olduğu duruma səssizcə tab gətirməsi oxucuda dərin təəssürat yaradır.
FəlakətRabindranath Tagore · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2006123 okunma
·
45 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.