Puan vermedi·591 syf.··
Beğendi
·
2025 14. kitabı
·
13 günde okudu
·
Okunma: 16 Mayıs 2025 09:35
Rus ədəbiyyatının zirvəsi sayılan Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı insan ruhunun dərinliklərinə enən, oxucunu düşündürməyə vadar edən möhtəşəm əsərlərdən biridir. Romanın əsas qayəsini təşkil edən sual bu cür səslənir: “Mənim – alçaldılmışların xilaskarı, zəiflərin müdafiəçisi olmaq üçün hər hansı bir əxlaq qanununu pozmağa haqqım varmı?” Əsərin baş qəhrəmanı Raskolnikov – dərin psixoloji sarsıntılar içində əzab çəkən bir hüquq tələbəsidir. O, insanlara yalnız zərər verən, cəmiyyət üçün “lazımsız” hesab etdiyi sələmçi yaşlı qadını öldürməklə bir neçə nəfərin həyatını xilas etdiyini düşünür. Lakin əsərin gedişində bu cinayətin onun iç dünyasında yaratdığı mənəvi sarsıntı, vicdan əzabı və psixoloji gərginlik onun nəinki “xilaskar”, əksinə, bir “qurban”a çevrildiyini göstərir. Raskolnikov insanları iki qrupa ayırır: adi və qeyri-adi insanlar. Adi insanlar – cəmiyyətin qanunlarına tabe olan, verilənlə kifayətlənən, dəyişiklik üçün heç bir təşəbbüs göstərməyənlərdir. Qeyri-adi insanlar isə – cəmiyyətə fayda gətirən, bəşəriyyətin inkişafı uğrunda düşünməkdən və hərəkət etməkdən çəkinməyənlərdir. O, hesab edir ki, qeyri-adi insanlar öz ideyalarını həyata keçirmək naminə mövcud əxlaq və hüquq normalarını poza bilərlər. Raskolnikovun bu inancı, əslində, onun daxili ziddiyyətlərini və həyatla fəlsəfi mübarizəsini göstərir. Əsərdə diqqətçəkən məqamlardan biri də budur ki, qanunlar və ədalət hər zaman üst-üstə düşmür – bəzən qanuni olan bir şey mənəvi baxımdan yanlış, ədalətsiz olur. #crimeandpunishment #fyodordostoyevski
Felsefe-Düşünce
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2011194,3bin okunma
·
47 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.