9/10
·184 syf.··
Beğendi
·
2024 3. kitabı
“Simyacı”nı birinci dəfə oxuyanda mənə sadəcə motivasiya kimi gəlmişdi – yəni get, arzunun dalınca qaç, qorxma, inamlı ol və s. Amma bu dəfə oxuyanda tam fərqli hiss etdim. Sanki eyni sözlər idi, amma tamam başqa dildə danışırdılar mənimlə. Elə bil həyatın dərinliyindən çıxıb gəlirdilər. Bu kitab mənə fərqində olmağı öyrətdi. Hər şeyin içində bir işarə, bir səbəb, bir hikmət olduğunu anladım. Artıq hadisələrə təkcə “nə baş verir” kimi yox, “niyə baş verir” kimi baxıram. Həyatı izləməyi, anı yaşamağı öyrətdi bu kitab. Çünki Simyacı da deyirdi: "İnsanlar çox vaxt xəzinəni uzaqda axtarırlar, amma o, elə öz həyatlarındadır."Kitabı bitirəndə sanki öz ruhuma bir güzgü tutdum. Və gördüm ki, suallarımın cavabı çox vaxt elə məndədir. Həyat özü cavab verir – bəzən bir səssizliklə, bəzən bir təsadüf adı ilə. Sadəcə onu eşitmək lazımdır.İndi artıq təkcə arzumun arxasınca qaçmaq yox, o arzunu yolun özündə yaşamaq mənim üçün daha önəmlidir. Çünki bəzən yolun özü, nəticədən daha möcüzəvi olur. Simyacı Paulo Coelho
SimyacıPaulo Coelho · Can Yayınları · 2015246,6bin okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.