İclal Aydının Bir Cihan Kafes romanı üç qadının həyat hekayəsini, onların duyğuları, qırılmış yanlarını və nəsildən-nəslə ötürülən sevgisizliklə necə yaşadıqlarını göstərir.
Kitabın əvvəlində hadisələr və obrazlar bir qədər qarışıq təsir bağışlasa da, irəlilədikcə hər şey bir-birinə bağlanır. Samirənin dövründə yaşadıqları daha sərt və dərin izlər buraxarkən, Yaşar və Loranın dövründə hadisələr baglantili oxucuya ötürülür. Romanın bir nöqtəsində isə bu üç fərqli zamanın qadını birləşir və əsərin əsas mesajı açılır:
Sevgisizlik… və bu hissin, sanki irsi bir yük kimi, nəsillər boyunca ötürülməsi.
Bu üç qadının ortaq cəhəti – uşaq yaşlarında analarından yetərincə sevgi görməmələridir. Bu duyğusal boşluq hər birinin həyatında fərqli formalarda üzə çıxır.
Samirənin içindəki sevgisizlik, özü də hiss etmədən, Yaşara keçir. Yaşarın qəlbində yarımçıq qalan hisslər isə avtomatik olaraq Loranın ruhuna sirayət edir. Zaman dəyişsə də, sevgi ehtiyacı dəyişmir:
Əgər bir uşaq ana sevgisi ilə doyurulmasa, içindəki boşluq heç vaxt tam dolmur.
İclal Aydının ən güclü tərəflərindən biri də obrazların hisslərini onların düşüncələri, xatirələri və daxili səsləri ilə çatdırmasıdır. Bir Cihan Kafes bu baxımdan da oxucunu duyğularla sarır.
Bu romandakı qadın obrazları İclal Aydının digər əsərlərində də qarşımıza çıxır. Bu davamlılıq mende xüsusi bir bağlılıq yaratdi.
Bir Cihan Kafes – sevgisizliyin formalaşdırdığı bir qadınlar nəslinin hekayəsini catdirir.