Gönderi

Kəndimizdə bir gözəl var | Salam Qədirzadə
10/10
·208 syf.··
2025 9. kitabı
·
32 saatte okudu
·
Okunma: 16 Mayıs 2025 23:12
Salam Qədirzadə mənim üçün xüsusi bir yeri olan yazardır. Səbəbi isə budur ki, mən hər zaman ədəbiyyatı, xüsusilə, Azərbaycan ədəbiyyatını sevmişəm, lakin Azərbaycan ədəbiyyatı ilə mənim aramda daha dərin bağ müəllifin “Sevdasız aylar” adlı kiçikhəcmli kitabını oxuduqdan sonra yaranıb. Elə buna görə də “Kəndimizdə bir gözəl var” romanını oxumağa heç tərəddüd etmədən başladım. Romana gəldikdə isə, məyus olduğum məqamlar oldu. Timsah göz yaşları ilə məsum insanı aldadaraq həyat quran Yeganəni müdafiə eləmək üçün bir əsasım olmadı. İlk dəfə idi bir qadın personaja haqq qazandıra bilmədim. İkinci dünya müharibəsi insanların həyatını dəyişmədən bitmir. Bundan Əkrəm də nəsibini alır, müharibədən gözləri kor vəziyyətdə qayıdır və əlbəttə ki, o artıq daha çox qayğıya ehtiyac duyur. Lakin hər dəfəsində Yeganənin onun kor olduğunu üzünə vurmağı, onu incitməyi qəlbə toxunur. Həyatındakı insanları bir çıxar üçün istifadə edib, rahat yaşayışını təmin etmək istəyir, ancaq sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Acgözlüyü, paxıllığı ona baha başa gəlir, o qədər insanlığını itirir ki, bir cana qəsd edir. Nəhayətində düşünürəm tək Yeganə yox, əsərdəki digər personajlar öz layiq olduğu həyatı yaşayır. Əkrəm xoşbəxtliyə layiq biri idi. Başqa bir nüans, müəllifin digər əsərlərini oxumadığım üçün dəqiq deyə bilmirəm, lakin həm “Sevdasız aylar” həm də “Kəndimizdə bir gözəl var” romanında Salam Qədirzadə Bakını o qədər əsrasəngiz təsvir edir ki, bir anlığa heç yaşamadığın o dövr üçün qəlbində bir özləm hiss edilir. O nostalji hisləri, retro dediyimiz bir dövrü həm gözümüzdə canlandırır, həm də o dövr üçün çox darıxdırır.
Edebiyat
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015318 okunma
·
287 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.