Gönderi

10/10
·424 syf.··
2025 12. kitabı
·
7 günde okudu
·
Okunma: 23 Mayıs 2025 19:03
Müharibə bütün insanlığı məhv edən ünsürlərdən biridir.Müharibə bütün həyatımızı darmadağın edən,ruhumuzda sağalmaz yaralar açan və günahsız bəndələri qətlə yetirən vəhşiliklərin təcəssümüdür. Amma müharibədə ən çox əziyyəti çəkən varlıqlardan biri də qadındır.Hansı ki,o qadınlar həyatımızın ən ülvi varlıqlarıdır. Bu amansız hərəkatda günahsız insanlar amansızcasına qətlə yetirilir.Axı insan başqasının həyatına necə son verə bilər? Necə olur ki,bir canlının yaşamaq hüququnu əlindən alırlar?O günahsız körpələrı hansı vəhşi əllər amansızcasına qətlə yetirə bilər? Kaş ki, müharibələr heç vaxt olmazdı. Kaş ki, heç bir uşaq müharibə səsinə oyanmaz, heç bir ailə öz sadətini müharibəyə görə qurban verməzdi… Rövşən Abdullaoğlunun “Reelslər üzərinə uzanmış adam” kitabı da bu acı həqiqətləri xatırladır. Hər sətrində insan ruhunun parçalandığını hiss edirəm. Kitabı üçüncü dəfə oxumağıma baxmayaraq, yenə də eyni sarsıntını yaşadım. Bəzən elə gəlir ki, müharibəni anlatmaq üçün sözlər yetmir – yalnız susmaq və hiss etmək qalır. Müharibə Əmin ilə Adriana­nın həyatını da alt-üst etdi. Onları xoşbəxtlikdən məhrum etdi. Amma bütün o çətin günlərin içində Əminin sevgisi Adriananı xilas etdi. Sevgi o qədər güclüdür ki, insanın yaralarını sarır, onu yenidən həyata qaytarır. Əminin saf və sarsılmaz sevgisi Adriana­nın qaranlıq dünyasına işıq saçdı…
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.