Gönderi

10/10
·536 syf.··
Beğendi
·
2025 2. kitabı
·
51 günde okudu
·
Okunma: 12 Mayıs 2025 00:00
Salamlar, əziz kitabsevərlər Bu kitab – cəmiyyətdən uzaqda böyüyən, məktəbə getmədən evdə "təhsil alan" və nəticədə dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan bir qızın gerçək həyat hekayəsidir. Kitab boyunca Tara ilə birlikdə ruhi və zehni bir səyahətə çıxdım və bir çox hissədə özümə aid parçalar tapdım. Təhsil, ailə, azadlıq və öz kimliyini tapmaq kimi mövzular dərindən və təsirli şəkildə işlənib. Əgər ilhamverici bioqrafiyalar, güclü qadın obrazları və insanın daxili gücü ilə bağlı əsərləri sevirsənsə, bu kitab mütləq sənin kitabxananda olmalıdır! Sonda demək istərdim: - Təhsil aldıqca azadlaşırsan. Azad olduqca özünü tapırsan. Xoş mütaliələr!
Hayat
TələbəTara Westover · Teas Press · 20224,781 okunma
·
49 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.