Puan vermedi·96 syf.··
2025 13. kitabı
Salamlar, Cəfər Cabbarlı - Dilarə kitabı ilə qarşınızdayam. XX əsrin əvvəllərində ( 1921 ) yazılmış bu kitabda ailə- məişət, cəmiyyətin sosial həyatına güzgü tutan 5 hekayə yazılmışdır. Oxuyarkən çox gərginlik yaşadım və belə bir sual gəldi ağlıma görəsən 100 il sonra bizim də həyatımız kitablardan oxunarkən belə qarşılanacaq mı? Öz ədəbiyyatımız olduğu üçün tövsiyyə edirəm. Gülzar mövzusu gərginliyin pik həddi idi. Oxuyacaqlara xoş mütaliələr. 1. Aslan və Fərhad İki qardaşın (Aslan və Fərhad) məhəbbət və namus uğrunda verdiyi mənəvi mübarizə. Hekayədə ailədaxili etibar, sevgi və qardaşlıq münasibətləri ön plandadır. 2. Mənsur və Sitarə Zəngin və varlı bir gənc olan Mənsurun, sevgi və maddiyyat arasında qalması. Sitarənin təmkinli və düşüncəli davranışı ilə Mənsurun daxili dəyişimi. 3. Əhməd və Qumru Tələbə Əhmədin kasıb bir ailədən çıxan Qumruya olan sevgisi və sosial fərqliliklərə qarşı mübarizəsi. Cəmiyyətin qınağına baxmayaraq ruhən birləşən iki insan 4. Gülzar Gülzar adlı qadının həyat yoldaşının onu tərk etməsi ilə yaşadığı çarəsizlik, amma eyni zamanda daxili gücünü taparaq ayağa qalxması. Qadın azadlığı və sosial haqlar mövzusu. 5. Dilarə Dilarənin atası ilə yaşadığı çətin həyat və bu çətinliklər fonunda qoruduğu insanlığı və mərhəməti. İkisi də cəmiyyətin sərt üzünə qarşı aciz, amma vicdanlı.
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma
·
85 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.