10/10
·448 syf.··
2025 6. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Mayıs 2025 14:06
Bəzən bir insanı tanıdığını zənn edərsən. Onun gülüşünə aldanarsan, gözlərinə baxanda içinin dürüstlüyünü oxuduğunu düşünərsən. Amma "Xəyanət" sənə sübut edir ki, insan qəlbinin dibi yoxdur. Orada nələrin gizləndiyini, ancaq ən sonda, ən ağrılı anda görürsən... Elhan Elatlı, Xəyanət əsərində göstərdi ki, xəyanət—təkcə sevgiyə edilmir. O, dostluğa, ailəyə, inama və ən əsası, insanın öz içindəki saf niyyətlərə qarşı da olur. Bu əsəri oxuyarkən düşündüm: Niyə insanlar xəyanət edir? Bəlkə də bir növ qorxu ilə—sevilməmək, anlaşılmamaq, darıxmaq, özünü itirmək qorxusu. Amma bütün səbəblərin altında acı bir həqiqət yatır: XƏYANƏT EDƏN İNSAN ƏVVƏLCƏ ÖZ VİCDANINA QARŞI ÇIXIR. Etibar edəcəyin insanı seçmək, həyatını seçmək qədər önəmlidir...
1000Kitap
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,722 okunma
·
368 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.