"VAXT" şeiri
Sən gələndə yanıma, İstəyirsən daima, Vaxt dayana, ... Vaxt dura. Vaxt da bizə qoşula, Yanımızda otura. Sən olsaydın, bir də mən, Bu dünyada ikimiz - Qoşulub oturar Vaxt da bizə Şübhəsiz. Vaxt gələni gətirir, Vaxt gedəni götürür. Vaxt dayansa bircə gün, Hardasa bir səadət Yarımçıq qalar, inan. şeir: Nəriman Həsənzadə səs: Eldost Bayram
·
66 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.