Gönderi

Kaş daha tez oxuyaydım
Puan vermedi·128 syf.··
2025 9. kitabı
Əfsus ki, uzun zamandır ürəyimcə kitab oxuya bilmirdim. Bir yandan imtahanlar, bir yandan da digər işlərim arasında oxumağa çox az vaxt qalırdı. Başladığım neçə-neçə kitab var ki, ancaq başlarını oxumuşam, geri qalanı qalıb. "Olduğu kadar güzeldik" əsəri də elə bunlardan idi. Dostum Vəfa HafizVəfa Hafiz in mənə aylar öncə atdığı bu kitab digər tövsiyələri kimi çox maraqlı və əla əsər idi. Yenidən başladığımda necə bitirdiyimin heç fərqinə varmadığım kitablardan oldu. Kitabda 8 hekayə var: 1. "Sen o zaman parasız yatılıdaydın" 2. "Benim adım Feridun" 3. "İşe çıkılacak gün" 4. "Kanatlarımız olsa be Metin" 5. "Malibu" 6. "Dayımın Avrupa'ya kaçırılışı" 7. "Zehir miktarda" 8. "Stoper" Bu 8 hekayədən mənim ən çox marağıma səbəb olanlar 2-ci və 8-ci oldu. 4, 5, 6-cı hekayələri oxuyarkən sonluğunu təxmin edə bildiyimdən hekayələr azca marağını itirdi, lakin yenə də oxumaqçün özünə cəzb etdi. Əsərlərdən "spoiler" verməyəcəyəm, ona görə də, elə burda yazını bitirmək istəyirəm. Oxuyacaq hər kəsə indidən xoş oxumalar. Gününüz gözəl keçsin. Gələn yazılarda görüşənədək ... Dostum Vəfa HafizVəfa Hafiz ə ayrıca təşəkkürlər.
Olduğu Kadar GüzeldikMahir Ünsal Eriş · İletişim Yayınevi · 20133,751 okunma
·
303 Gösterim
1 Yorum
Mənim də sevdiyim kitablardan olmuşdu. Hətta cümlələrini oxuduqca təkrar oxumaq istəyi gəldi, paylaşdığım cümlələri təkrar gözdən keçirdim. Hər hekayə fərqli və qəşəng idi. Bəyəndiyinə sevindim, mən təşəkkür edirəm fikirlərin üçün.😊
Dərviş Ziyatay
Gönderi Sahibi
Minnətdaram.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.