7/10
·384 syf.··
2025 3. kitabı
·
8 günde okudu
·
Okunma: 31 Mayıs 2025 00:00
Abaddon, Rövşən Abdullaoğlu 31.05.2025 Bu kitabı 2022-ci ildən bəri alsam da oxumaq üçün tələsmirdim. Çünku önyarğı ilə yanaşıb fikirləşirdim ki, müasir ədəbiyyata maraqlı olan gənc oxucu kütləsi üçündür. Oxusam sıxılaram, yəni klassika sevən bu kitabdan nələrsə öyrənə bilməz. Amma yanıldım. Psixoloji aspektdən çox faydalı kitab oldu. Dissosiativ şəxsiyyət pozğunluğu ilə tanış oldum. Əslində travmalarla dolu obrazların hər biri mənim üçün bir analiz oldu. Psixoloqlardan kimsə bu kitabı oxuyubsa, müzakirəsində mütləq iştirak etmək istərdim. Əsər həmçinin, rəssam Rene Maqritin çox maraqlı və təzadlı əsəri ilə yadımda qaldı - gecə ilə gündüzün birləşməsini əks etdirən "İşığın imperiyası" əsəri. Spoiler verməmək üçün ətraflı yazmıram. Lakin irlandlarla oxşar cəhətlərimiz də diqqətimi çəkdi. Ən azından hər iki xalqın emosional olduğu və tarix boyu mübarizə apardığı kimi ortaq nöqtələri var. Və sonda bu kitabın da öyrədici tərəfləri olduğu üçün "Tövsiyəm" siyahısına əlavə edirəm. Xoş mütaliələr : )
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma
·
78 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.