8/10
·198 syf.··
Beğendi
·
2025 17. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Haziran 2025 17:11
Şeytanın Günlüğü cəmiyyətin maskalanmış gerçəklərini şeytan obrazı ilə ifşa edən sarsıdıcı və ironik bir əsərdir. Yazıçının dili kəskin və düşündürücüdür, insanın ikili təbiətini, saxta mənəviyyatını və vicdanla qurduğu saxta barışığını ustalıqla göstərir. Şeytan, bu hekayədə sadəcə bir varlıq deyil o, insanların içindəki riyakarlığın, məntiqsizliklərin və özünü aldatma mexanizminin simvoludur. Əsərin hər sətrində bir cəmiyyət portreti çəkilir gülüşlə gizlədilən fəlakətlər, susqunluqla qorunan yalanlar və məntiqin yerinə keçən məhvedici instinktlər. Qısa olmasına baxmayaraq, ağır və dərin bir təsir buraxır. Bitirdikdən sonra düşünməyə məcbur edən nadir kitablardandır
Şeytan'ın GünlüğüLeonid Andreyev · Türkiye İş Bankası Kültür Yayınları · 20254,814 okunma
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.