Hər zaman düşünürəm ki bəzi yazıçıları tənqid etmək bizim haqqımız deyil. Onlardan biri də İlyas Əfəndiyevdir. Amma Söyüdlü Arxdan başqa digər əsərləri, xüsusilə də Körpüsalanlar mənə təsir etdi deyə bilmərəm. Körpüsalanlar əsərindəki Səriyyənin davranışları mənə əsəb verirdi. Ümumiyyətlə sevgi anlayışı bu kitablarda mənə bir az yad gəldi. İlk baxışdan bu qədər aşiq olmaq. Söyüdlü arxda Murad və Nuriyyənin illər əvvəl sadəcə bir gün tanış olub vaxt keçirib uzun illər sonra da aşiq olması qəribə gəlir mənə. Amma əsərdə Nuriyyənin çəkdiyi bütün o hisslər və xarakterinin bu qədər möhkəm olması insanı təsirləndirir. Düşünürəm ki hər bir azərbaycanlı İlyas Əfəndiyev qələmi ilə tanış olmalıdır.