Sevil pyesi ilə Azərbaycan ədəbiyyatına keçid etdim. Ümid edirəm ki, davamı gələr.
Pyes ümidləri tam şəkildə doğrultdu. Əsər qadın azadlığı haqqındadır. O dövrdə qadın azadlığı haqqında əsəri çəkinmədən qələmə aldığı üçün yazıçıya çoxlu-çoxlu təşəkkürlər.
Cəfər Cabbarlını hələ məktəb vaxtı keçdiyimiz Oqtay Eloğlu əsəri ilə tanımış və çox sevmişdim. Ən sevdiyim yazarlardan biridir. Bunu bu əsər ilə bir daha anladım.
Əsərdə obrazların, xüsusilə, Sevilin dəyişimi göz qarşısındadır. Pyesin əvvəlində o dövrün çox rastlanılan tipik hüquqsuz qadınlarından biri olan Sevilin sondakı dəyişimi, öz hüquqlarını dərk etməsi, özünü əzdirməməsi bu dəyişimlərdən biridir.
Əsər çox- çox maraqlı əsərdir. Mənim fikrimcə, hər bir Azərbaycanlı qadının oxuması və örnək alması gərəkən bir qadındır Sevil.