·160 syf.··Beğendi
···Okunma: 24 Mayıs 2025 00:00 Həyatın "mute" düyməsini tapdım, HYGGE 3-lüsü bitti və mənim "Skandinaviyalılar nə edir ki, bu qədər xoşbəxtdirlər?" suallarımın bütün cavabları tapıldı.
May da bir #Lagom fəlsəfəsinə uyğun yaşandı; nə çox, nə az, tam qərarında.
Hər şeyin balansda olduğu bir ay oldu: işdə məhsuldarlıq, şəxsi həyatda sakitlik. Özümə çox yüklənmədən, amma heç nədən də imtina etmədən davam etdim.
Kitabı oxuduqca anladım ki, "yetərlilik" insanı azad və xoşbəxt edir, hər şey axarında, dinc və şüurlu şəkildə həyat davam etməli.
Stressi azaltmaq, sadə #yaşamaq və içindəki səssizliyi kəşf etmək istəyənlər üçün bu kitab əla yoldaşdır.
Minimalizmə marağınız varsa və balanslı həyat axtarışındasınızsa, bu kitab sizin üçündür.
Lagom məndə kiçik dəyişikliklərlə böyük rahatlıq yaratdı.
Oxuyun, düşünün və həyatınıza bir az İsveç sakitliyi qatın.