·230 syf.··Beğendi
···Okunma: 03 Haziran 2025 13:46 Hər kəsin axtardığı bu “xoşbəxtlik” nədir və necə hiss etdirir? Nə zaman bilə-bilərik ki xoşbəxtik?
Bu kitabda xoşbəxt olmağımız üçün hər səhifə tövsiyələrlə dolu idi. Bəli, bəli... xoşbəxt olmağın formulası. Oxuduqca “hə, bunu bilirəm, bu çox sadədir, bu da çox asandır axı. Yəni xoşbəxt olmaq üçün elə bunları etmək bəs edir ki?” deyəcəksiz. Sadə görünsə də, əmin olun ki bunları etmək bəzilərimiz üçün olduqca çətindir. Bəs bunlar nədir?
1. Hər gün eyni vaxtda sadəcə DAYAN, özünə sakitlik ver.
2. Bir həftədə 168 saat var. Bu saatdan biraz da bədəninə qulluğa ayır. Bura təbiətdə gəzmək, düzgün nəfəs almağı öyrənmək və ya yoqa etmək aid ola bilər.
3. Zehni və fiziki enerjini qurutma! Düzgün qidalan. Bəzən kefsiz, yorğun və yaxşı yata bilməməyin tək səbəbi qidadır.
4. Həyatın boyu öyrən və mütləq tətbiq et.
5. Özünü tanımağa vaxt sərf et. Etdiklərini yazaraq şəxsi analizetməni vərdiş halına sal.
6. Erkən oyan ki günəşin gücünü tapasan. Vacib olan yuxunun kəmiyyəti yox, keyfiyyətidir.
7. Musiqiyə vaxt ayır. Ən az günəş qədər enerj verir.
8. Sözlərivə diqqət et. Gözəllik istəyən, gözəllikdən danışsın. Mantraların gücünü özüvə yönəlt.
9. Etdiyin hərəkətlərlə xarakterini formalaşdır. Bunlar vərdişə, sonra isə taleyinə çevrilir.
10. Ən əsası, sadə ol. Fikrini sadəcə məqsədinə yönəlt. Uğur üçün mənalı olan hərəkəti et ki, həyatın da mənalı olsun.