9/10
·464 syf.··
Beğendi
·
2025 32. kitabı
“Üzüklərin Qardaşlığı”ndan sonra “İki Qala”ya keçəndə hiss etdim ki, artıq macəra başqa bir mərhələyə çatır – daha qaranlıq, daha gərgin, daha dərindən düşündürən bir mərhələ. Bu kitabda qəhrəmanlar artıq birlikdə deyillər, yolları ayrılıb və hər biri öz içində ayrı-ayrı sınaqlardan keçir. Əsərin adı kimi, hər şey iki güc mərkəzi arasında cərəyan edir: Sauron və Saruman – biri əsas şər, digəri isə əvvəl xeyir içində olub qaranlığa uyan biri. Ən çox təsirləndiyim hissə Frodo və Samin cəngəlliklər, dağlar, bataqlıqlardan keçərək təkbaşına “Üzük”ü daşımağa davam etmələri oldu. Onların səmimi dostluğu, çarəsizlik içində belə bir-birindən ümid almaqları məni çox duyğulandırdı. Xüsusilə Sam – bəlkə də kitabda ən çox sevdiyim obraz oldu bu dəfə. Onun sədaqəti, qorxularına baxmayaraq Frodo üçün hər şeyi etməyə hazır olması çox təsirlidir. Bir dəfə deyir: “Ümid qalmasa belə, mən səninlə gələcəyəm.” Bu sadə cümlə çox şey deyir – bəzən sadəcə yanında olmaq kifayətdir. Bu kitabda yeni personajlarla da tanış oluruq: Gollum, məsələn, əsl daxili mübarizənin simvoludur. Bəzən ona nifrət edirsən, bəzən isə acıyırsan. Gollumun içindəki parçalanma və Frodo ilə münasibəti kitabı psixoloji baxımdan da maraqlı edir. Mənim üçün Gollum sadəcə bir canavar deyil – o, insanın içindəki ziddiyyətlərin, günah və arzu ilə mübarizənin təcəssümüdür. Digər tərəfdə isə Aragorn, Legolas və Gimli var – onların düşmən ərazisində dostlarını tapmaq üçün apardıqları mübarizə əsl qəhrəmanlıq nümunəsidir. Onların arasında olan fərqliliklərə baxmayaraq, bir-birilərinə göstərdikləri hörmət və bağlılıq oxucuya həm komanda ruhunu, həm də mədəniyyətlərarası dostluğun gücünü hiss etdirir. Ən dramatik və eyni zamanda möhtəşəm hissə isə Helm Dərinliyindəki döyüşdür. Bu səhnədə insanın azlıqda olsa da necə qorxa-qorxa dayandığını, necə ümidini itirmədən dirəndiyini görürük. Sanki real dünyada da bəzən öz Helm Dərinliyimizdə vuruşuruq – bilmədən, susaraq, amma təslim olmadan.
Üzüklərin Hökmdarı - İki QalaJ. R. R. Tolkien · Qanun Nəşriyyatı · 202113bin okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.