Gönderi

Unutduğum Qatardakı qız...
Puan vermedi·360 syf.··
2016 6. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Mayıs 2016 01:07
Bu kitabı 2016 - cı ildə oxuyub bitirsəm də kitab haqqında fikirlərimi bölüşmək bu günə qismətmiş, daha doğrusu paylaşmaq. Çünki kitab haqqında fikirlərimi elə o zaman yazmışdım və o zamanlar çox nadir hallarda oxuduğum kitab haqqında fikir bildirirdim. Kitab haqqında fikir bildirməyimin səbəbi daha doğrusu səbəbləri çox idi... öncəliklə kitab haqqındakı birmənalı olmayan daha çox bəyənilməyən olması idi... digər bir səbəb isə filmi idi... əgər bir filmin ssenarisi kitabdan götürülübsə əvvəlcə kitabı oxumaq daha məqsədəuyğundur... daha bir səbəb kitab nəşri ilə bağlı ölkəmizdə nəşriyyatlar arasındakı dava idi... və bu da kitabın daha bir reklamı idi... və mən onlara inad #İthakiYayınları 'nın nəşrin seçmişdim... gələk kitab haqqında fikirlərimə... Kitab haqqında fikirlərimi yeni oxumuşam kimi paylaşacağam. Onu deyim ki... kitabı bəyəndim... bəyənməyimin başlıca səbəbi kitabda baş verən hadisələrin həyatda da baş verə bilmə ehtimalıdır... kitabın dili axıcı idi... hadisələrin bir - birini izləməsi isə düşünülmüşdür... baxmayaraq ki eyni zamanda baş verən hadisələr ayrı - ayrı qəhrəmanların... Rachelin... Annanın... və Meganın dilindən nəql edilir... kitab əvvəl Rachelin - Qatardakı Qız Trendeki Kız həyatından başlayır və bu hissələri bir az sıxıcı gəlir, amma sonra Meganın yoxa çıxması ilə sıxıcılıq aradan itir...yerini marağa buraxır... Hər səhifəni...hər yarımbaşlığı oxuduqca öz - özlüyündə ssenarilər yazırsan... bu ola bilər... o ola bilər kimi... sonda isə heç gözləmədiyin adam çıxır... Əsərin daha bir özəlliyi isə surətlərin az olması idi..az idi amma yetərincə idi... Surətləri təhlil etsəm... ən pis həyat Rachelin idi deyə bilərəm...keçmiş ərini unuda bilməyən...övlad həsrəti çəkən bir qadın və nəticədə içki aludəçiliyi...və sərxoşluqla gələn işsizlik... xəyanət... əsərdə Tomun da dediyi kimi əgər Rachel aludəçi olmasaydı bəlkə də bu hadisələr olmayacaqdı... Hər gün işinə gedib gələrkən qatar pəncərəsindən gördüyü bir ailənin həyatı haqqında təxminlər edib... xəyallar quran bir qadın...xəyallarında onları xoşbəxt görmək gündəlik qatar səfərinin ən sevdiyi anlarıdır... taki bir gün pəncərədən başqa mənzərə görüb...heç bir şeyin xəyallarındakı kimi olmadığını anlayanadək... Anna... Tomun könül verdiyi daha bir qadın... sarışın... ana... Əsərdə Annanın Rachelə qarşı hərəkətləri - elə bil günahkar Rachelmiş kimi... ən sevdiyim xüsusiyyəti isə analıq sevgisi idi və bu barədə özü - özüylə hesablaşması... analığı işindən üstün tutması... və sonda Rachelə dəstək olması... Əsərdə daha bir obraz psixoloq Kamal Abdic obrazı idi... Bosniyalı müsəlman... atası və iki qardaşı Bosniya müharibəsi əsnasında Srebnitsada öldürülmüşdür... kitabı oxuyarkən bəzi məqamlarda adama elə gəlirdi ki... qatil məhz Kamaldır... əgər elə olsaydı müəllifin qəsdən belə etdiyini düşünəcəydim... amma yaxşı qurtardı... ən azından Rachelin və Meganın dərd ortağı olmağı bacarmışdı... amma seansları çox bahalaydı...75€... Kitabdakı dost obrazı Cathy... hər nə qədər Rachelə əsəbiləşsə də... yenə də dostluğa önəm verirdi... və əsəbiləşməyinin səbəbi Racheli çox istəməyi idi... Digər surətlər dedektivlər idi ki... onlara sıra gələndə sanki oxşar polislər canlanırdı gözlərimdə... vurdumduymaz... heç bir şeyi ciddiyə almayan... insanları lağlağaya qoyan və s. bu kimi mənfi xüsusiyyətlər... Scott Meganın əri çox sevən... lakin kobud biri... Tom Rachelin keçmiş əri... Annanın əri... Meganın sevgilisi... Tom surətini ümumiləşdirsək yalançı biri deyə bilərik... Əsərdə ən çox nəzərə çarpan bir - birinə deyilən yalanlar idi... və "yalan ayaq tutar yeriməz" və bu kimi yalanla bağlı bütün məsəllər bu əsərdə öz əksini sözün əsl mənasında tapmışdı... Kitabda altını xətlədiyim bəzi cümlələr oldu... və bu cümlələr əsəri sevməyimdə pay sahibidir... onlardan bəziləri... Nə həyat bir paraqrafdır...nə də ölüm bir mötərizə... Həyatınızdakı boşluqlar qalıcıdır... Heç bir şey sonsuzadək bilməyəcək olmaq qədər ağrı verə bilməzdi... Bir keçmişinizin olduğu insanlar sizi buraxmır və nə qədər çabalayırsınız çabalayın, özünüzü qurtara, azad ola bilmirsiniz... Bəlkə də bir müddət sonra çabalamaqdan vaz keçirsiniz... Şübhə qədər acı verən, yeyib bitirən başqa bir duyğu yoxdur... Gerçəyi qəbul etmək çətin olur... yalanlar duymak istədiklərinizdirsə... Və sonda... Müəllifin əsərin başlığında dediyi kimi... Hamımız bir izləyicik... Qatar sərnişinləri dünyanın hər yerində eynidir... Hər səhər - axşam qatara minər... qəzet oxuyar ya da mahnı dinləyərik... eyni küçələrə boş - boş baxar... (Amma bu hissəni oxuyarkən öz - özümə dedim ki...Azərbaycanda fərqlidir... çünki gördükləri yalnız qaranlıq tunellərdir... Bakmil və deyəsən Xocasən tərəfdə yaşayanlar bir az fərqlidirlər) ... və ara - sıra yad birinin həyatından parçalar yaxalarıq... Kitab haqqındakı mənfi rəylərə baxmayaraq... yarımçıq qoyanlara baxmayaraq oxuyun deyirəm... Rachel üçün oxuyun... İçkinin və yalanın dostluğa necə bir uçurum yaratdığına şahid olmaq üçün oxuyun... məsuliyyətsizliyin nələrə səbəb ola biləcəyini görmək üçün oxuyun... Xoş mütaliələr..
Trendeki KızPaula Hawkins · İthaki Yayınları · 202013,7bin okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.