Əsər birbaşa xalqın içində olan cahilliyi, qaranlıqda qalmağı göstərir. Elə bir cəmiyyət təsvir olunur ki, düşünmək, sual vermək, həqiqəti demək az qala cinayət sayılır. İnsanlar özləri kimi düşünməyən hər kəsi ya "dəli" adlandırır, ya da susturmağa çalışırlar.
Bu əsəri oxuyandan sonra bir daha əmin oldum ki, Cəlil Məmmədquluzadə bizim ədəbiyyat üçün sadəcə yazıçı yox, bir aynadır. Bizə özümüzü göstərməkdən çəkinməyən bir güzgü…
Son olaraq qeyd edə bilərəm ki, “Ölülər” hələ də aktualdır, çünki şüursuzluq hələ də tam yox olmayıb.