·124 syf.····Okunma: 05 Haziran 2025 19:53 Romanın üslubu fərqli idi, bəzən qeyri-adi, bəzən düşündürücü. Açığını desəm, kitabla tam bağ qura bilmədim, amma içində maraqlı fikirlər, insanın özünü dərk etməsi ilə bağlı hissələr diqqətimi çəkdi. Bəyənmədiyim tərəflər olsa da, müəllifin səmimi və orijinal yazı tərzi danılmazdır. Düşünürəm ki, fərqli bir ruh halında oxunsaydı, bəlkə də daha çox təsir edərdi.