Mən Sərçə Deyiləm

Mustafa Mestur
Tahmini Okuma Süresi:
3 sa. 31 dk.
Sayfa Sayısı:
124
Basım Tarihi:
2021
Yayınevi:
Parlaq İmzalar Nəşriyyatı
ISBN:
9789952831825
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

Deməli belə,
9/10
·124 syf.··
Beğendi
·
2023 80. kitabı
·
30 saatte okudu
·
Okunma: 15 Temmuz 2023 20:32
Bəzi obrazlar var çox sevilir, özünü tapırsan. Kitabı ilk əlimə alanda Daniyal üçün bunu hiss etmişdim. Çox üzdü məni, çox təsirləndirdi. Spoiler vermək niyyətində deyiləm əslində, sadəcə olaraq bəzi səhnələri təsvir etmək mənə də ağır gəldi. Sancılı insanlar daha təsirli daha ağır yazır deyə düşünürəm Mustafa Məstur da kifayət qədər ağrılı sancılı insan olub. Psixiatr mərkəzində keçən hadisələri bir obraz, İbrahim obrazı tərəfindən izləyirik. Ağrı və unuda bilmədiyi qadını olan İbrahim...
Ölüm
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202129 okunma
6/10
·124 syf.··
2025 45. kitabı
·
3 saatte okudu
·
Okunma: 05 Haziran 2025 19:53
Romanın üslubu fərqli idi, bəzən qeyri-adi, bəzən düşündürücü. Açığını desəm, kitabla tam bağ qura bilmədim, amma içində maraqlı fikirlər, insanın özünü dərk etməsi ilə bağlı hissələr diqqətimi çəkdi. Bəyənmədiyim tərəflər olsa da, müəllifin səmimi və orijinal yazı tərzi danılmazdır. Düşünürəm ki, fərqli bir ruh halında oxunsaydı, bəlkə də daha çox təsir edərdi.
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202129 okunma
Puan vermedi·124 syf.··
Beğendi
·
2021 31. kitabı
Ölüm eynən xırman qorxululuğuna bənzəyir. O deyirdi ki, ölümü məhz insanları qorxutmaq üçün icad ediblər. Eynən xırman başında sərçələri qorxutmaq üçün düzəldilən xortdan kimi. Məgər sən sərçəsən?
Hayat
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202129 okunma
Puan vermedi·124 syf.··
2025 67. kitabı
Mustafa Məstur – ‘Mən sərçə deyiləm’ Təxminən 1–2 saat ərzində oxuya biləcəyiniz bu kitab kiçik həcmli olmasına baxmayaraq, məna cəhətdən kifayət qədər böyükdür. Əsər psixoloji sarsıntıları, travmaları olan insanların toplandığı bir məkanda cərəyan edir. Bu insanlar həyatlarında sevdikləri birini itiriblər – kimisi tərk edilib, kimisinin sevdikləri dünyasını dəyişib, kimisi isə ölümü yaşayarkən dadıb. Onları bir yerə yığan bir sığınacaq, bir reabilitasiya mərkəzi və bu insanlara yenidən ayağa qalxa biləcəklərini, sağala biləcəklərini, xoşbəxt ola biləcəklərini anlatmağa çalışan bir rəhbər. Kitabın baş obrazı olan İbrahim nəqliyyat qəzasında həm həyat yoldaşını, həm də çox körpə yaşda olan qızını itirib. Uşağını qucağında böyütməyə macal tapmamış torpağa tapşıran bir atanın iç dünyasını oxuyuruq. Mövzu əsasən bunun üzərində qurulub. Əsərdə diqqətimi çəkən və bəyəndiyim məqam “cəhalət xoşbəxtlikdir” fikrinin üzərində dayanılması idi. Az bilməyin bəzən insanı daha rahat, daha sakit yaşatdığını göstərir. Çox bilən insanın başının daha çox ağrıdığını, düşüncələrin insanı yorduğunu sadə və düşündürücü şəkildə izah edir. Kitabın təsiredici tərəfi ondadır ki, hadisələr psixoloji travması olan bir insanın gözündən, onun düşüncə tərzindən danışılır. Və oxucu olaraq hadisələrə kənardan yox, birbaşa onun gözündən baxırsan. Yazıçı bunu çox təbii və inandırıcı formada qələmə alıb. Sanki İbrahimin yaşadıqlarını oxumursan, yaşayırsan. Sevdiyini itirmiş bir insanın darıxması, həmin itkinin onda yaratdığı boşluq, hadisəni dəfələrlə beynində yaşaması, detallar üzərində ilişib qalması, xatirələrin insanı buraxmaması, eyni səhnələrin təkrar-təkrar yaddaşa gəlməsi çox real təsvir olunub. Bir sözlə, özünü bir az fərqli hiss edən, daxili dünyasında qırılmalar yaşayan, özünü hər kəs kimi
1000Kitap
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202129 okunma
7/10
·124 syf.··
2025 4. kitabı
Kitab insan həyatıyla bağlı, əsasəndə həyatın özü intihar, sevgi, müharibə, xəstəlik və.s kimi bir çox mövzuya toxunur. Ayrı-ayrı bu mövzular haqqında hekayələr var. Bəzi hissələri başa düşülməsədə ümumilikdə istənilən nəticəni çıxartmaq olur. Həyat həm kədərli bir o qədər də sevinc dolu, hər hissi yaşamalıyıq çünki bu həyatın mənasıdı.
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202129 okunma
Puan vermedi·124 syf.··
2025 19. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Aralık 2025 00:23
oxuduqca məni içinə çəkirdi, bilmirəm amma niyə. o qədər hissələri var idi ki başa düşmürdüm. amma çox gözəl üslubla yazılıb. sanki bir Kiarostami filminə baxırdım, səhnələr kadr ba kadr gözümün önündə canlanırdı. çox bəyəndim, uzun müddət bu kitab haqda düşünəcəyəm deyəsən.
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202129 okunma
Reklam

Yazar Hakkında

Mustafa MesturYazar · 9 kitap
Mustafa Mestur, 1964 doğumlu, aralarında Golden Pen’in de bulunduğu birçok ödülün sahibi bir İranlı yazar. Domuz Kemiği ve Cüzzamlı Eller, Tanrı’nın Gül Cemalini Öp, K’sız Ş’siz Aşkın Hikâyesi, Mümkün Olanın En İyisi kitaplarından bazılarının başlıkları. İran’ın en sevilen yazarlarından olan Mestur’un kitapları yirmiden fazla dile çevrildi ve şimdiden hakkında onlarca tez yazıldı.