Gönderi

10/10
·136 syf.··
Beğendi
·
2025 7. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Haziran 2025 18:04
"Biz nə əkiriksə, onu da biçirik" Bu fikir Cengiz Aytmatovun "Torpaq Ana" əsərinin sətirləri boyunca içimdə dəfələrlə səsləndi. Əsər sadəcə müharibə hekayəsi deyil. Torpaqla insan arasındakı mənəvi bağın, düşüncə ilə ilə fəlakət arasında olan gizli körpünün hekayəsidir. Torpağa buğda əkmək, insanı doyurmaq, həyat qurmağın mümkün olduğu halda, insanların bu torpağa qan tökməsini, hər şeyi necə məhv etdiyini acı-acı izləyirik. Sanki müharibə təkcə insan həyatını deyil, torpağın öz ruhunu da qurudur. Torpaq susur amma hər şeyə şahid olur. Əvvəllər də müharibə ilə bağlı kitablar oxumuşam, amma bu tamamilə fərqli idi. Bu kitabda siz səngəri görmürsünüz. Səngərdəkilərin tərk edib gəldiyi ana ocaqlarının vəziyyətini görürsünüz. Müharibə tək səngərlərdə yox evlərdə də baş verir. Bu kitab mənə göstərdi ki, əsil əkini torpaqda yox, insan beynində etmək lazımdır. Nəyi düşünürüksə, onu yaşamağa başlayırıq. Əgər cəmiyyət olaraq, müharibənin yaratdığı acını, bir ailənin necə parçalandığını, bir uşağın atasız böyüməsini dərk edə bilsək, bəlkə daha fərqli qərarlar verərik. Daha humanist, daha sülhsevər bir həyat tərzi seçərik. "Torpaq Ana" təkcə bir dövrün faciəsini əks etdirmir, bu günümüz üçün də bir güzgüdür. Müharibələr iki insan arasında getmir, iki dövlət və ya bütöv xalqlar arasında baş verir. Amma yenə də hər şey bir insanın beynindəki oyanışla başlaya bilər. Çünki sülh də, müharibə də, əvvəlcə düşüncədə doğulur. Kitabı oxuyarkən keçirəcəyiniz hisslər bəlkə də bu, əsərin ən böyük gücüdür- insanı dəyişməsi, silkələməsi və ən əsası yeni düşüncə toxumlarını beyninizə əkməsi..
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202277,8bin okunma
·
74 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.