Gönderi

10/10
·236 syf.··
2025 7. kitabı
Salam dostlar.Hər vaxtınız kitab olsun! Bu gün sizə Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" əsəriylə gəlmişəm. İddia edirəm bu kitabı oxuyanda heç kim göz yaşlarına hakim ola bilməyəcək! Axıcı olsa belə bir nəfəsə oxumaq mümkünsüzdür. Çünki oxuduqca iliklərinizə qədər ağrını,kədəri hissedirsiniz "Gerçək həyat hekayələri" olması gerçəyi bıçaq kimi ruhunuza sancılıb nəfəsinizi kəsir. Əslən Qarabağlı olan yazar-jurnalist Vüsalə Məmmədovanın bu kitabında Qarabağ müharibəsində xalqımızın üzləşdiyi işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətli əsir həyatından bəhs edir. Bu kitab erməni vandalizminin canlı şahidi olmuş həmvətənlilərimizin diliylə yazılıb.Mənfur düşmənin qadın, uşaq, qoca, cavan demədən etdikləri zülm burda da öz əksini tapıb. Ürəyimə təskinlik verən məqam da oldu bu əsərdə. Əsirlərin öz aralarında "qoruyucu mələk" adlandırdıqları Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Prey Reyçelin fədakarlıqları bu zalım dünyada insan olmağı bacaran, məsum qanının su yerinə axtığı bir zamanda mərhəmət duyğusunu itirməyib, qoruyub saxlayanların olduğunu göstərdi mənə. Hər bir hekayə ayrı-ayrılıqda qəlbimdə yara açdı amma "Alça ağacının altındakı məzar" hekayəsi bütün Azərbaycan xalqının ürəyinə çəkilmiş bir dağdır mənə görə. Nicatın acı taleyi, illər sonra oğlunun məzarına gedən atanın qarşılaşdığı o ağır mənzərə. Təsəvvür edin hələ 6 yaşında düşmən gülləsiylə dünyadan qoparılan bir körpə.. Və onu dəfn etməyə "Öz oğlunu dəfn etmək bütün işgəncələrdən daha ağır olacaq" deyərək icazə verən bir mənfur... Balaca Nicatı çox sevdiyi, hər zaman altında oynadığı ,hələ kal ikən dərib ciblərinə doldurduğu alça ağacının altında dəfn edirlər. İllər sonra-Qarabağ azad olunduqdan sonra balaca Nicatın məzarı açılır və onun sümükləri arasında işgəncə aləti tapılır. Necə ağır mənzərədir. Cansız bədənini məzarından çıxarıb işgəncə etmək hansı insanlığa sığır İlahi! Bu barədə çox danışmaq olar. Alçaq düşmənin etdiyi zülmə qarşı sonsuza qədər hayqırmaq olar. Hələlik son bir cümləylə bu postu sonlandırıram. Yazıçımızın dediyi kimi "Məzardakı sümüklərimizlə savaşan düşmənimiz var bizim!" Kitabla qalın! Salamat qalın!
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.