Əsir Düşərgəsi

Vüsalə Məmmədova
Tahmini Okuma Süresi:
6 sa. 41 dk.
Sayfa Sayısı:
236
Basım Tarihi:
2020
Yayınevi:
Teaspress Nəşriyyatı
ISBN:
9789952513899
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·236 syf.··
Beğendi
·
2020 30. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Aralık 2020 13:55
Bu il müharibə dəhşətlərinə aid oxuduğum artıq ikinci kitab oldu. Hər iki kitabın da müəllifləri qeyd etmişdi ki, danışılan hekayələrin sadəcə onların icazə verdiyi hissələri dərc olunacaq. Onlar yaddaşlarına ömürlük silinməz izlər buraxan acı xatirələrini danışarkən hələ də həmin günə, həmin bir dəqiqəsi bir ömrə bərabər olan anlara qayıdır, eyni həyəcanı və eyni hissləri iliklərinə kimi hiss edirlər. Fikir vermisinizsə, müsahibə zamanı dilləri tutulur, nəfəsləri titrəyir, bədənləri əsir, barmaqlarını oynadır, ayaqlarını yığırlar. Biz az qala dünən nə yediyimizi, nə yaşadığımızı unuduruq. Halbuki onların yaşadığı həmin o hadisələrdən 30-40 illər keçib.. Yada saldıqca hələ də bütün bədənlərini həyəcan bürüməsi nə deməkdir? Nəinki yada salmaq, heç bir gün belə yadlarından çıxarmırlar. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının dəstəyi ilə "Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə əsrin ən amansız qətliamlarından biri - Xocalı qətliamının və 1990-92-ci illər ərzində Qarabağ uğrunda gedən müharibənin qurbanı olmuş əsir və girovlar şahidi olduqları erməni vandalizminin dəhşətlərindən danışır. Öz dədə-baba torpaqları düşmən oylağına çevrilən, öz ata yurdlarında qərib olan əsir və girovlar.. Məni göz yaşlarına boğan və yaddaşıma bir kino kimi yazılan hekayələrdə aclıq, şiddət, bədənlərə dağ kimi basılan damğalar, qarda donub qırılan barmaqlar, kəsilən əllər, ayaqlar, girovluq əzabından xilas etmək niyyəti ilə doğma bacısının qatili olan qardaşlar, işgəncə zülmü ilə doğum sancısını bir arada yaşayan gəlinlər, düşmən əlindən ana qucağına ömürlük şikəst olaraq verilən körpələr, doğmasının meyitini qəbir-qəbir qazıb axtaran əsirlər, tək qol parçasını "oğul" deyib dəfn edən atalar... analar... Və daha dilə gətirilməyəcək qədər ağır, etiraf
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
8/10
·236 syf.··
2021 20. kitabı
·
33 saatte okudu
·
Okunma: 25 Şubat 2021 19:35
Fevralın iyirmi beşini iyirmi altısına bağlayan gecə özümü dərk etməyə başladığım gündən bu günə daim boğazımın düyünləndiyi, boğucu günlərdən biridir. Biz 29 ildir ki, Xocalıya ədalət axtarışındayıq. Vüsalə xanım, Əsir Düşərgəsi kitabında 1ci Qarabağ müharibəsi zamanı amansız düşmənin əlinə keçmiş ah-naləsi, ağrı-acısı Allahdan da o tərəfə qalxmış günahsız, əliyalın yurddaşlarımızın yaşadığının qələmə alınmış çox kiçik bir hissəsidir. Həyatımda oxuyarkən səsimin titrədiyi, dözməyib kitabı bağladığım, göz yaşlarımı saxlaya bilmədiyim, nəfəsimin ağırlaşdığı ikinci belə bir kitab olmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlərə törədilən işgəncələrə, amansız rəftarlar göz yumması, hər şeyini itirmiş insanların hələ də ümidini itirməyərək çırpınışları, düşmən əlinə keçməkdənsə ölümü üstün tutan gəlin-qızlarımızın cəsarəti, gözü önündə işgəncələrlə öldürülən qocaların ah-naləsi, meyitlərin arasında ata-anasını axtarıb isti nəfəsə ehtiyac duyan körpələrin cavabını kim verəcək, necə verəcək? Kitabın ilk cümlələrindən biri mənim bu məsələdəki mövqeyimi çox gözəl izah edir: "müharibəni unutsan, mütləq geri qayıdacaq!" Xocalı, Qarabağ bizim qan yaddaşımızdır. Biz bunu unutmamalı, unutdurmamalı və heç yorulmadan ədalət axtarışında olmalıyıq.
1000Kitap
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
10/10
·236 syf.·
2021 5. kitabı
Bir kitabı da oxuyub bitirdim amma ürək ağrısı ilə.Vüsalə Məmmədovanın "Əsir düşərgəsi"kitabından çox çox təsirləndim, insanın damarında qanı donur, özümü onların yerinə qoymağa çalışıram,nece dözüblər olanlara? Onların yerinə mənim atam,anam,qardaşlarım, özüm olsaydı düşüncəsi belə adamı dəli edir.Başlarına gətirilən müsibətlər dözülməz şeylərdi. Bütün kitab boyu ahhh ahhh edib oxudum.Hələ də ürəyim sızıldayır,bu təhlilidə ürək ağrısı ilə yazıram. Bir insan bu cür vəhşilikləri necə edə bilər,necə ürəyi gələ bilər? İnsan deyillər orası da elədi. Bütün kitab boyu bunlar bizdən nə qədər nifrət edirlərmiş,daşımız düşübmüş başlarına şərəfsizlərin. Kitab əsirlik həyatı yaşamış insanların başına gələnlər haqqındadır.Xocalı faciəsi ilə,Kəlbəcərlə,Ağdamla bağlı, əsirlərlə bağlı nələr-nələr var kitabda.Gözü qabağında ailəsinin ölümünü görən kim,işgəncələrə məruz qalan kim,günlərlə ac qalan kim,döyülüb-söyülən kim,təcavüzə uğrayan kim, canlı-canlı yandirilan, saçından ağaca asılan,itə yem edilən kim bunlara ürək necə dayansın axı? Onların günahı nə idi axi? Nəyin acısını alirdilar? Vaxti ilə yurdsuz-yuvasiz insanlara mehriban davranib el obasinda yer etmək idi günah? Qarşılığı bu mu idi? Əsirləri qoca ,qadın,uşaq,gənc,kişi bilmədən dəmir zəncirlə,armaturla rezinlə huşu itənə qədə döyürdülər.Soyuq suda,kazarmada,zirzəmilərdə saxlayırdilar.Bütün kirin-pasın,bitin-birənin içində idilər.Yaxınları görsə tanimaz. Mənə ən çox təsir edən gözlərimin dolmasına səbəb olan isə ata-qardaş öz əlləri ilə qız- gəlini iki təyyarəyə Azərbaycana göndərilmək adı ilə Ermənistana aparilmasi oldu.O ata-qardaşın halini belə düşünmək çətindi öz əlinlə namusunu şərəfsizlərə verilməsi çox ağırdır.Əsirlərin əsirlərlə deyişdirilməsi isə Allah'a qalirdı.Əsirə qarşı benzin siqaret verilməli idi yada erməni
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
10/10
·236 syf.··
2025 7. kitabı
Salam dostlar.Hər vaxtınız kitab olsun! Bu gün sizə Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" əsəriylə gəlmişəm. İddia edirəm bu kitabı oxuyanda heç kim göz yaşlarına hakim ola bilməyəcək! Axıcı olsa belə bir nəfəsə oxumaq mümkünsüzdür. Çünki oxuduqca iliklərinizə qədər ağrını,kədəri hissedirsiniz "Gerçək həyat hekayələri" olması gerçəyi bıçaq kimi ruhunuza sancılıb nəfəsinizi kəsir. Əslən Qarabağlı olan yazar-jurnalist Vüsalə Məmmədovanın bu kitabında Qarabağ müharibəsində xalqımızın üzləşdiyi işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətli əsir həyatından bəhs edir. Bu kitab erməni vandalizminin canlı şahidi olmuş həmvətənlilərimizin diliylə yazılıb.Mənfur düşmənin qadın, uşaq, qoca, cavan demədən etdikləri zülm burda da öz əksini tapıb. Ürəyimə təskinlik verən məqam da oldu bu əsərdə. Əsirlərin öz aralarında "qoruyucu mələk" adlandırdıqları Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Prey Reyçelin fədakarlıqları bu zalım dünyada insan olmağı bacaran, məsum qanının su yerinə axtığı bir zamanda mərhəmət duyğusunu itirməyib, qoruyub saxlayanların olduğunu göstərdi mənə. Hər bir hekayə ayrı-ayrılıqda qəlbimdə yara açdı amma "Alça ağacının altındakı məzar" hekayəsi bütün Azərbaycan xalqının ürəyinə çəkilmiş bir dağdır mənə görə. Nicatın acı taleyi, illər sonra oğlunun məzarına gedən atanın qarşılaşdığı o ağır mənzərə. Təsəvvür edin hələ 6 yaşında düşmən gülləsiylə dünyadan qoparılan bir körpə.. Və onu dəfn etməyə "Öz oğlunu dəfn etmək bütün işgəncələrdən daha ağır olacaq" deyərək icazə verən bir mənfur... Balaca Nicatı çox sevdiyi, hər zaman altında oynadığı ,hələ kal ikən dərib ciblərinə doldurduğu alça ağacının altında dəfn edirlər. İllər sonra-Qarabağ azad olunduqdan sonra balaca Nicatın məzarı açılır və onun sümükləri arasında işgəncə aləti tapılır. Necə ağır
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
Xocalıya Ədalət! - 26.02.1992-26.02.2022
Puan vermedi·236 syf.··
2022 25. kitabı
·
7 günde okudu
·
Okunma: 23 Şubat 2022 00:00
İnsan tarixini unudarmı? Unutmamalı, unutdurmamalı. Bu sadəcə kitab deyil, oxuduqca bizə dəhşətləri xatırladan, bəzən qanımızı donduran, gözümüzü yaşardan, ürək döyüntümüzü artıran acı dolu həyatları bizə xəbərləyir. Yaşı 18 və daha çox olanlara oxumağı tövsiyə edirəm. Kitabda yazılanlar Birinci Qarabağ müharibəsində əsir düşən insanların həyatlarını əks etdirir. Yazarın qeyd etdiyi kimi, müsahibə götürdüyü insanların danışdıqlarının hamısını yazmayıb, ancaq onların icazə verdiyi qədər əks etdirib. Oxuduqca, " Bu qədər əzab, işgəncə, zülmdən başqa daha nələr ola bilər ki?!" deyə düşünürdüm. Bugün 2022-ci il 26 Fevraldır. Tarixin qanlı, dəhşətli, amansız Xocalı Soyqrımından artıq 30 il keçir. İllər keçsə də, o yara xalqımızın ürəyindədir və heç sağalmadı. O torpaqda öz doğma xalqım yaşayana qədər, ədalət bərpa olmuş sayılmır, mənə görə. Qarabağ müharibəsində baş verənlərə qarşı "3 meymun" rolunu oynayanları şiddətlə qınayıram!
Savaşa Hayır
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
Reklam

Yazar Hakkında

Vüsalə MəmmədovaYazar · 1 kitap
Vüsalə Məmmədova 2007-ci ildən PR sahəsində çalışır. 2009-cu ildən mətbuatdadır. Bədii-publisistik yazı və layihələrin müəllifidir. Bir çox yazıları Türkiyədə dərc olunan ədəbiyyat toplularında çap edilib. 2014-cü ildə Kulis.az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibi olub. Lent.az saytında yayımlanan “Əsir düşərgəsi” və “İnternat dramı” layihələrinin müəllifidir. 2015-ci ildə “Əsir düşərgəsi” hekayələri əsasında hazırlanan “Cəhənnəmdə böyük çığırtı”, 2017-ci ildə isə “Əsir düşərgəsi” adlı kitabları işıq üzü görüb. Hekayələr əsasında İtaliyanın Milan şəhərinin “Teatro Filodrammatici” teatrında “Xocalıda qırmızı mələk” tamaşası səhnəyə qoyulub. 2015-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb. 2015-ci ildə Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətinə görə Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi“ qəzeti və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təqdim etdiyi “Təhsil Açarı” mükafatına layiq görülüb. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentində iş fəaliyyətinə başlayıb. 2018-ci ilin sentyabrına kimi həmin departamentin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib.