Uşaqların əhliləşdirilməsi prosesi itin, pişiyin və ya hər hansı digər heyvanın əhliləşdirilməsi ilə eynidir. Biz iti yetişdirmək üçün onu cəzalandırırıq və ya həvəsləndiririk. Biz sevimli uşaqlarımızı bir ev heyvanı yetişdirdiyimiz kimi - cəza və mükafatlar sisteminin köməyi ilə böyüdürük. Uşaq valideynlərinin istədiyini edəndə ona deyirlər: "yaxşı oğlan" və ya "yaxşı qız". Əgər bunu etməsə, o, "pis qız" və ya "pis oğlan"dır.