Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bu Dünyanın Hər Sifəti

Ramiz Rövşən

Yorumlar ve İncelemeler

Tümünü Gör
164 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Ramiz Rövşənə heyran qaldım. İçindəki şeirlər bir-birindən gözəl idi və çoxu insanı düşünməyə sövq edirdi. "Dərs" pyesi isə içimdə sanki bir boşluq hissi yaratdı.
Bu Dünyanın Hər Sifəti
Bu Dünyanın Hər SifətiRamiz Rövşən · Teas Press · 041 okunma
Reklam
164 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Əvvəl “Ön söz”ü oxumamışdım. Şeirləri oxuduqca düşündüm ki, şair niyə nağıldan şeiri götürüb bura yazıb? Sən demə, elə o nağıllardakı, filmlərdəki şeiri də Ramiz Rövşən yazıbmış. Hətta Tıq-tıq xanım cizgi filmindəkiləri belə…Ramiz Rövşəni bu qədər sevib bilmədiyim üçün utandım :(
Bu Dünyanın Hər Sifəti
Bu Dünyanın Hər SifətiRamiz Rövşən · Teas Press · 041 okunma
164 syf.
10/10 puan verdi
·
4 günde okudu
Ramiz Məmmədəlinin oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. Ramiz Rövşənin şeirləri hər bir insan üçün həmişə sevilən olmuşdur. Ramiz bəyin şeirlərində bəyəndiyim şeirlər çox oldu elə, həmçinin "Dərs" adlı pyesi də xoşuma gəldi. Ramiz Rövşənə sevgim bu kitabda olan və Flora xanım Kərimovanın oxuduğu "Bağışla", "Bu qatarın dalınca baxma" və "Tıq-tıq xanım" mahnıları sayəsində aşiq olmuşam. Ramiz Rövşənin bu şeirləri kitabında "gülməli" və "ağlamalı" şeirləri olsa da, hamısı bir birindən anlamlı və olanı deyirdi. Allah Ramiz bəyə can sağlığı versin!
Bu Dünyanın Hər Sifəti
Bu Dünyanın Hər SifətiRamiz Rövşən · Teas Press · 041 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.