Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bu Dünyanın Hər Sifəti

Ramiz Rövşən

Bu Dünyanın Hər Sifəti Sözleri ve Alıntıları

Bu Dünyanın Hər Sifəti sözleri ve alıntılarını, Bu Dünyanın Hər Sifəti kitap alıntılarını, Bu Dünyanın Hər Sifəti en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mənim balam,bu dünyayla oynama
Mənim balam, bu dünyayla oynama, Sən cavansan, dünya qoca dünyadı. Düşmən nədi, dost evini dost yıxar, Bilən bilir, dünya necə dünyadı. Ömrə, günə etibar yox əzəldən, Bir də dönüb yarpaq olmaz xəzəldən, Beşiyindən bizə tabut düzəldən, Bələyindən kəfən biçən dünyadı. Kim nə anlar bu zalımın işindən, Çoxlarını keçiribdi dişindən, Möhkəm yapış papağından, başından, Başdan papaq alıb qaçan dünyadı.
Bağışla, qapını döyə bilmirəm, Bağışla, “sevirəm” deyə bilmirəm, Özüm də bilmirəm niyə, bilmirəm, Bağışla, bağışla, məni bağışla.
Reklam
qulaq bir xoş sözə həsrət...
Qalıbdı göz gözə həsrət, Əl ələ, diz dizə həsrət, Qulaq bir xoş sözə həsrət, Dil də, dodaq da darıxır.
Sayfa 58
Cavan olsun, ya qoca, Zərrəcə dəxli yoxdu. Dünyada bir kişinin Sərçəcə ağlı yoxdu.
Göz yaşını silən kimi, Dərdə-qəmə gülən kimi, Dünya nədi - bilən kimi Ömür bitir, pərdə düşür...
Hərdən yorar səni ömür də, gün də, Hər günün öz dərdi, öz əzabı var. Yaxşı ki, həmişə bu yer üzündə Yolunu gözləyən doğma qapı var.
Sayfa 32 - bəzən doğma qapı belə olmur
Reklam
Sifətim könlümə yatmır Adam gərək hərdən durub özünü salsın yadına. Gözünü yumub Üzünü-gözünü salsın yadına Bu nə işdi, desin, Allah, Sifətim könlümə yatmır. Elə bil ki sifətimdən Nəsə düşüb, nəsə çatmır. Qayıtsın gəldiyi yolu. Axtarsın düşüb itəni. Bu uzun yollarda barı İtirməsin sifətini..
Qarı da gör, buzu da gör, Yaxşını da, pisi də gör, Allah, hərdən bizi də gör Bu doğan günün altında...
Sayfa 91
124 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.