Əhmədova Gülarə

Əhmədova Gülarə
@Gulare1907
Baku/Azerbaijan
3 Temmuz
230 okur puanı
Aralık 2019 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·176 syf.··
2022 1. kitabı
Ahmet Şerif İzgören kitabın adını orta məktəb illərindəki bir ingilis dili imtahanında "the elephant is the only animal in this world with a trunk" cümləsini "bu xortumlu dünyada fil sadəcə bir heyvandır" kimi tərcümə edən son dərəcə ağıllı və məntiqli sinif yoldaşına ithafən qoyub :)) Anam isə kitabın adı haqqında belə düşünür; Fil xortumu olan nəhəng, yeganə heyvan olsa da insanlara zərəri olmayan adi bir heyvandır, amma insanlar onlardan fərqli olaraq burunlarını hər yerə soxan, insanlara zərər verməyi sevən olurlar :)) Kitabın adı qədər içindəkilər də olduqca maraqlı, düşündürücü və mənalıdır. Yazar öz pozitivlik ruhunu oxucuya çox rahat formada çatdıra bilib. Bir neçə vərəqlərdə üzümü çox güldürdü :) 23 mövzudan, hər mövzu isə real həyat hekayələri, yazarın öz yaşadıqlarından ibarətdir. Bu kitabı oxuduğum müddət ərzində məni düşündürən, hətta heç düşünmədiyim bir çox suallara cavab tapmışam. Bildiyim qədərilə 2-ci hissəsi də var. Qismət olarsa davamını da oxumağı çox istəyirəm.
Şu Hortumlu Dünyada Fil Yalnız Bir HayvandırAhmet Şerif İzgören · Elma Yayınevi · 202428,1bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·356 syf.··
2021 7. kitabı
·
24 günde okudu
·
Okunma: 15 Mayıs 2021 14:38
Bu kitabı axşam keçiriləcək olan Light Up Training Platform'un "Oxu və Qazan" kitab oxuma müsabiqəsinin həvəsi ilə oxumuşam. PDF formatda axıra kimi oxuyub bitirdiyim ilk kitab da məhz bu kitab oldu. Subayam, bəlkə də gələcəkdəki evlilik həyatımda atacağım addımlarla, verəcəyim bəzi mühüm qərarlarla bağlı faydalı məsləhətlər aldım, gələcəyin bir anası olaraq valideyn-övlad münasibətlərinə dair məlumat sahibi oldum, müxtəlif ailələrin pis və ya yaxşı - qısa hekayələri ilə tanış oldum. Kitabın ailə münasibətlərimizə müsbət yöndə təsir göstərməsi üçün kitabı təkrar-təkrar oxumaq, onlardan nəticə çıxartmaq və ən əsası, icra etmək lazımdır. Oxuduqlarımı nə dərəcədə anlaya bilmişəm? - bunun cavabı oxuduğum mövzulardan ibarət keçirilən test imtahanında bəlli olacaq :) Seçilən kitabın mövzusu oxumaq həvəsimi bir qədər aşağı salsa da, maraqlı idi.
Xoşbəxt Ailə MəktəbiSema Maraşlı · İpəkyolu Nəşriyyatı · 0739 okunma
Puan vermedi·244 syf.··
Beğendi
·
2021 6. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Nisan 2021 18:40
Son günlər cəmiyyətimizdə intihar hadisələrinin sürətlə artması səbəbindən "Libraff" və "TeasPress" ortaq layihəyə imza ataraq məhz bu kitabı oxuculara hədiyyə olaraq təqdim etdi. Bu, olduqca düşüncəli və təqdirəlayiq addımdır. Ümid edirəm ki, kitabı əldə edən oxucular həqiqətən də psixoloji dəstəyə ehtiyacı olan oxucular olmuşdur və əminəm ki, burada yazılanlar bir gənci intihar fikrindən daşındıracaq, həyata tutunduracaq, yeni yaşam ruhu bağışlayacaq qədər böyük gücə malikdir. Ona görə ki, müəllif öz ağır xəstəlik və depressiya dönəminin çətinliklərini, keçirtdiyi ağrı hisslərini, onlara necə qalib gəldiyini, qazandığı təcrübələrini və s. detallı şəkildə oxucuları ilə bölüşüb. Matt Haig 24 yaşında xərçəng xəstəliyi ilə mübarizəyə başlamış, uzun illər ərzində depressiyyadən əziyyət çəkmişdir. Bugün Matt'in 46 yaşı var, bir qız və bir oğul atasıdır. O, xəstəliyinə dərmanlarla, müalicələrlə yox, öz inamı, iradəsi, və ən əsası - sevgisi sayəsində qalib gəldi. Bəli, sevgi onu xilas etdi. Həyatımın müəyyən bir hissəsində depressiv dönəm yaşadığım üçün kitab mənim çox yaxın dostum oldu deyə bilərəm. Hətta yazarı görməyi, onunla üz-üzə söhbət etməyi belə arzulayıram. Ona təşəkkür etmək, əzmkar mübarizəsinə heyran qaldığımı söyləmək istəyirəm. Övladlarını, xüsusən də Matt'in "Qurtarıcı mələyi" - xanımı Andrea'nı tanımaq istəyirəm. Bu kitab ilə daha çox hansı janrda yazılan kitablara meyilli olduğumu da tapmış oldum. Bioqrafik, real həyat hekayəsi danışılan, şəxsi inkişaf, motivasiya tipli kitabları ayrı bir iştahla oxuyuram :) "Həyatımızın mənasını sağlam olanda deyil, xəstələnib yatağa düşəndə anlayırıq. Sağalıb özümüzə gələndə hər şeyə yeni baxışla baxmaq lazımdır. Belə olduqda baxışımız aydınlaşır və əvvəllər görə bilmədiyimiz şeyləri daha yaxşı görməyə başlayırıq" -
Hayat
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20182,691 okunma
10/10
·184 syf.··
Beğendi
·
2021 3. kitabı
·
5 günde okudu
·
Okunma: 12 Şubat 2021 20:21
"Şeker portakalı" müəllifin yoxsulluq və səfalət içində keçmiş, ailəsi tərəfindən daim şiddət gördüyü uşaqlıq illərindən bəhs edir. Hal-hazırda heç bir dillə ifadə edə bilməyəcəyim bir kədər var üzərimdə. Müəllifin uşaqlıq illərində yaşadığı hisslər, keçirtdiyi ağrılar mənə o qədər yaxın, o qədər doğmadır ki... Əvvəlində gülüb-əyləndiyim kitab, sonda məni göz yaşlarıma boğdu. Uilyam Şekspir deyir ki, yaraya lağ edər yaralanmamış olan. Kədər hissini duymaq da eynilə buna bənzəyir. Mən çox gözəl anlayıram ki, qəlbinin ən doğmalarına, hətta valideynlərinə belə həmişəlik küsməsi mümkündür.. Heyvandan tutmuş, insana kimi yer üzündə bütün canlılar şəfqət və mərhəmət istəyir. Övladlarınızı, xüsusilə uşaqkən quru sevgidən və şəfqət hissindən məhrum etməyin. Onlara qəti şəkildə şiddət göstərməyin. Nəticədə bəzən bu ömürlük travmaya, psixi pozğunluğa qədər gətirib çıxarar, şiddətin nəticələri onları heç vaxt tərk etməz. Valideyn olmaq olduqca məsuliyyət tələb edir. Əsəblərinizi onun üzərinə tökəcək, şiddət göstərəcək, xəyallarını alt-üst edəcəksinizsə, bu dünyaya övlad gətirməyin. Şiddətdən savayı məni təsirləndirən daha bir məqam sevdiyini itirmək duyğusu oldu. Fərqi yoxdur, bu insan da ola bilər, heyvan da, məkan da, ağac da, bitki də.. Həqiqətən də bir şeyə həddindən çox bağlanmaq insanı çox üzür.. Əlimizdə və ən yaxınımızda olan hər şeyi bir gün itirəcəyimizi dərk etməli və öncədən qəbul etməliyik. Mənim illər boyu yaşayıb sonra birdəfəlik köçdüyümüz məkan hər ağlıma düşdükcə burnumun ucu göynəyir, uzun illər bir uşaq kimi baxdığım pişiyimin ölümü gözümün önündə canlandıqca ürəyim para-para olur. Üzərindən illər keçsə belə, bəzi məqamları insan heç unuda bilmir.. Kitabı oxuyarkən həm uşaqlığıma, həm də yaxın keçmişə qayıtdım. Bu bir incələmə yox, öz hisslərimi sizinlə
Çocukluk
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,2bin okunma
Puan vermedi·436 syf.··
Beğendi
·
2021 2. kitabı
·
11 günde okudu
·
Okunma: 07 Şubat 2021 20:29
Corc Oruell'in həyatı və qələmi ilə ilk tanışlığım oldu. Yazıçının onsuzda çox qısa sürən ömrü olduqca ağrılı keçib. Corc Oruell həm də jurnalist olub. O, totalitar rejimə qarşı təkcə kitablarında yox, eyni zamanda jurnalistika sahəsində də öz kəskin mübarizəsini sona qədər davam etdirib. "1984" Corc Oruell'in ən sonuncu və haqqında ən çox danışılan, ən məşhur olan əsəridir. 1948-ci ildə yazılmış, 1949-cu ildə isə çapa verilmişdir. Kitabın adı ilə mövzusu arasında əslində heç bir əlaqə yoxdur. Fərz edilir ki, Oruell bu kitaba ad seçərkən çox düşünmüş, "Ölülər və dirilər" , "Avropada sonuncu həyat" və s. kimi adlar qoymuş, lakin kitab nəşrə gedənə kimi adını dəqiqləşdirməmişdir. Naşir Oruell'ə təklif edir ki, kitaba yazdığı ilin son iki rəqəmini dəyişərək ad versin. Nəticədə belə bir adın daha cəlbedici olduğu düşünülərək, kitabın adı məhz "1984" adlandırılmışdır. Əsərdə hadisələr despotik rejimin hökm sürdüyü Okeaniya dövlətində baş verir. "Böyük qardaş sənə baxır" şüarı altında yaşayan bu dövlət, insanları bir növ manipulyasiya edərək öz hakimiyyəti altında saxlayır. Bu dövlətin əhalisinə hər bir yerdə nəzarət var; Yollarda, küçələrdə, evlərdə, iş yerlərində - hər yerdə müəyyən teleekranlar var ki, bu da görüntü və danışıq səslərini qeydə alır. Burada insanların nə vaxt və nə qədər yeyəcəyini, yuxudan nə zaman oyanacağını, harada işləyəcəyini, kiminlə ailə quracağını, neçə övlad sahibi olacaqlarını və hətta nə vaxt və necə öləcəklərini belə dövlət təyin edir. Dövlətin qanunlarına tabe olmayan, onlara qarşı çıxan insanlar isə fikir cinayəti işləmiş hesab olunaraq həbs edilir, ən ağır işgəncələrə məruz qalaraq güllələnirlər. Əsərin baş qəhrəmanı Uinston Smit öz düşüncələrini hələ də Partiyaya təslim etməyib. Onun düşüncə tərzi Partiyanın digər üzvlərindən tamam
1984George Orwell · Qanun Nəşriyyatı · 2019200,1bin okunma