Gönderi

Qərb Yalanlarının İçində Yanmayan Həqiqət
9/10
·311 syf.··
2025 16. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Haziran 2025 00:20
Tarix səhnəsi bir teatrdır – rollar dəyişir, aktyorlar ölür, səhnələr yenidən qurulur. Bəziləri bu səhnədə zalım, digərləri isə xilaskar obrazında görünür. Amma əsil məsələ budur: pərdənin arxasında kim ssenarini yazır? “Babil Yanarkən” adlı möhtəşəm və sarsıdıcı kitab, məhz bu sualın dərinliklərinə baş vurur. Bu əsər, iki cəsur və yorulmaz jurnalist – Yunus Şen və Eyüp Coşkun – tərəfindən yazılıb. Onlar sadəcə tarix yazmayıb, həqiqətin toz basmış qatlarını aralayıblar. Səddam Hüseyn rejiminin dağılmasından, Amerikanın sülh maskası ilə törətdiyi qanlı səhnələrə qədər uzanan bu yolçuluq, oxucunu öz rahat baxış bucağından silkələyib ayıldır. Qərbin Parıldayan Yalanları Bizə illərlə öyrədilən bu idi: Qərb azadlığın beşiyidir, Amerika demokratiyanın daşıyıcısıdır, insan haqları onların prioritetidir. Amma bu kitabı oxuyanda anlayırsan ki, azadlıq dedikləri neft borularının içindən axan bir illüziyadır. Demokratiya dedikləri isə ancaq onların maraqlarına uyğun gələndə məqbul sayılır. “Babil Yanarkən”, Qərbin və xüsusilə ABŞ-ın Orta Şərqdə apardığı "mədəni işğal"ın real simasını göstərir. Onlar bir sivilizasiyanı yıxmaq üçün əvvəlcə onu demonizə etdilər. Qaynaqları ələ keçirmək üçün əvvəlcə beynimizi işğal etdilər. İraqın “azad edilməsi” adı altında törədilənlər, əslində bir xalqın yaddaşını, kimliyini və qürurunu bombalamaq idi. Bağdadın son sultanı - Səddam Hüseyn Səddam Hüseynin adı çəkiləndə beynimizdə formalaşan obraz, Qərb media nəhənglərinin illərlə yaratdığı “şərq diktatoru” stereotipidir. Amma “Babil Yanarkən” bu təsviri sındırır. Səddam bu kitabda öz xalqının müstəqilliyi üçün son damla qanına qədər savaşan, imperializmin qapısında diz çökməyi rədd edən bir lider kimi göstərilir. Əlbəttə, heç kim "müsbətlərdən" ibarət deyil. Amma tarixin bəzi dönəmlərində, xalqın ləyaqətini ayaqda saxlamaq üçün sərt olmaq bir məcburiyyətə çevrilir. Kitabda Səddam, belə bir məcburiyyətin oğludur – öz ölkəsini ABŞ-ın “tənzimlədiyi dünya düzənində” bir protektorata çevirməyə icazə verməyən son dirəniş nöqtəsidir. Və bu təhlükəni susdurmaq üçün ona “şər obrazı” donu geyindirdilər. Amma mən bu yalanlara inanmıram. Mən bu kitabla birlikdə Səddam Hüseynin yalnız bir şəxs yox, bir məfkurə olduğunu anladım. və o məfkurə mənim içimdə, Yusifin qəlbində yaşamağa davam edir. “Ərəb” Deyəndə Qulağında Nə Səslənir? Dünyanın müxtəlif guşələrində, xüsusilə Qərb cəmiyyətlərində bir çox insan “ərəb” sözünü eşidəndə təəssüf ki, təhdid, gerilik və ya zorakılıq kimi mənfi çağırışlarla düşünməyə məcbur edilib. Bu, təsadüfi deyil. Bu, yüzillərlə davam edən bir informasiya müharibəsinin nəticəsidir. Məqsəd sadə idi: dünyanın ən qədim, ən zəngin və ən şərəfli mədəniyyətlərindən birini kiçiltmək, alçaltmaq və yaddaşlardan silmək. Uşaqlar filmlərdə “ərəb terrorçusu” görüb böyüdü. Xəbərlər hər dəfə bir bombanın partlamasını ərəb adları ilə əlaqələndirdi. Jurnallar, dərgilər, romanlar ərəb insanını ya cəhalət içində boğulan, ya da zənginlik içində korlanmış bir varlıq kimi təqdim etdi. Heç kim ərəb insanını kitab oxuyan, şeir yazan, qalaktikaları öyrənən bir varlıq kimi göstərmədi. Bəs bizə bu obrazı kim təqdim etdi? Kim ərəb insanını dünyaya ya terrorda, ya da acizlikdə təsvir etdi? Qərb! Hollivudda, xəbərlərdə, siyasi diskurslarda ərəb daim ya atəşin içində çırpınan qurban kimi, ya da barbar kimi təqdim olunub. Onların tarixini, mədəniyyətini, ləyaqətini ya gözardı etdilər, ya da təhrif etdilər. “Ərəb” dedikdə, dünyanın gözündə artıq bir xalq yox, Qərbin formalaşdırdığı qorxunc bir siluet canlanır. Bəs niyə qorxurlar? Çünki ərəb insanı ayağa qalxanda sarsıdıcıdır. Bağdadın fəlsəfəsi, Qahirənin ruhu, Dəməşqin dili, Məkkənin mənəviyyatı – bunlar imperialist gücləri qorxudan simvollardır. Onlar bilir ki, ərəb bir daha oyansa, dünyanın ruhunu yenidən yazacaq. “Babil Yanarkən” bu yalanların üstünü açır. Bu kitab göstərir ki, ərəb xalqının alçaldılması, onların ruhunun qırılması üçün atılmış sistemli bir hücumdur. Çünki ruhu sınan xalq daha asan işğal olunur. Səddam bu hücuma qarşı son siper idi. Və onu təkcə siyasi gücü üçün yox, ərəbin başını dik tutduğu üçün yıxdılar. Ərəb insanı sənə oxşayır – o da gülür, sevir, ağlayır. Amma onun içində min illərin bilgisi, mədəniyyəti və müqaviməti yatır. Onlara qarşı deyil, onların yanında durmaq – insanlığın şərəfinə yaraşandır. Unutma: Ərəb alçaldılmadı – alçaldılmağa çalışıldı! Amma onların ləyaqəti diz çökmədi. Və bu, onların əsl zəfəridir. Jurnalistika – Həqiqətin Qorxmaz Mücahidi Yunus Şen və Eyüp Coşkun bu kitabı yazmaq üçün həyatlarını riskə atıblar. Onlar güllə səslərinin içində, xarabalıqlar arasında, əzilmiş heykəllərin kölgəsində gerçəyə qələm tutublar. Çünki onlar bilirdilər ki, səssizlik zalımın ən sevimli silahıdır, və onu qırmaq üçün cəsarət, inam və qələm gərəkdir. Bu kitabı oxuduqca jurnalistika mənim üçün sadəcə xəbər ötürən bir peşə olmaqdan çıxdı. O, zamanın tozlu küncündə sıxılıb qalmış səsləri işıqlandıran, unutdurulmaq isənilənləri xatırladan, riyakarlığın maskasını cırıb atan bir mübarizə sənətinə çevrildi. Hər cümlə, hər şəhadət, hər fakt – mənim içimdə sanki yeni bir istək yaratdı: bəlkə də mən də jurnalist olmalıyam. Mən bu kitabı oxuyarkən gördüm ki, tarix deyə bizə təqdim olunanların arxasında necə yalanlar, necə planlar, necə susdurulmuş həqiqətlər yatır. Bu həqiqətləri görmək və göstərmək – ən uca peşədir. Bu peşə sadəcə “iş” deyil, bu bir həyat fəlsəfəsidir. Alovların İçində Yazılan Həqiqət “Babil Yanarkən”, bir dövrün, bir xalqın, bir liderin və bir haqsızlığın sükunət içində qışqıran rəsmi kimidir. Bu kitab sadəcə tarix deyil – vicdanla yazılmış bir etirafdır. Bu kitab sadəcə informasiya deyil – ilhamdır. Oxuduqca bildim ki, alovlar hər şeyi yandıra bilər – evləri, şəhərləri, heykəlləri... amma həqiqəti yandıra bilməz və bu həqiqəti dünyaya çatdırmaq üçün cəsarətli jurnalistlərə ehtiyac var. Mən bu alovun içindən doğulan sözlərlə tanış oldum və bu sözlər məndə bir arzunu oyatdı: bəlkə bir gün mən də həqiqətin qələmli əsgəri olaram. Babil yanarkən susmayanlar vardı – və mən bir gün onların sırasında yer almaq istəyirəm. Yusif Əhmədzadə Babil Yanarkən Yunus Şen
Tarih
Babil YanarkənYunus Şen · Mimta Yayınları · 202054 okunma
·
5 +1'leme
·
122 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.