Şükriyyə Taleyim – Nazilə Qələndərli
Kitab adından da hiss olunur: içində şükür də var, tale də. Oxuyarkən bir az kənd havası, bir az təmizlik, çoxca qadın ürəyi hiss etdim. Şükriyyənin yaşadıqları adi görünə bilər, amma hər sətrin altında böyük bir həyat dərsi yatır. Bu kitab mənə “nə olursa olsun, insan taleyini necə yaşayırsa yaşasın, içindəki şükür ruhunu itirməməlidir” düşüncəsini aşıladı. Həssas, sadə, lakin güclü bir hekayə idi.