9/10
·424 syf.··
Beğendi
·
2025 7. kitabı
·
30 günde okudu
·
Okunma: 13 Haziran 2025 11:44
Rövşən Abdullaoğlunun qələmindən yararlandığım 2ci kitab Relslər üzərinə uzanmış adam… İntihar etməyə qərar verən iki yad insanın yolu Kanadanın relsləri üzərində kəşisir. Əsər oxucunu bu 2 insanın keçmişinə aparır. Serb qızı Adriana ilə Bosniyalı oğlan Əmin’in tanışlığı və iki ölkənin düşman olmasına rəğmən, onların bir birinə olan eşqlərini oxuyuruq. Sevgi, fədakarlıq, xəyanət və Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi… Əsəri oxumağınızın və sevginin necə güclü bir qüvvə olduğunu anlamağınızı tövsiyə edirəm. Sevdiklərinizə onları sevdiyinizi gec olmadan bildirin, bunu onlara hiss etdirin. Yoxsa elə bir zaman gələcək ki, siz içinizdə tufanlar qopararcasına olan çox sözü deyə bilməyəcəksiniz və bunun peşmançılığı ömür boyu sizinlə olacaq Relslər Üzərinə Uzanmış Adam
1000Kitap
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
24 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.