·228 syf.····Okunma: 16 Haziran 2025 21:14 Müəyyən hissələr xaricində kitabın senarisi yaxşıdır. Amma dil üslubunda diqqət edilməli hissələr var. Fikrimcə Qayə, issız, pilləkənin son qədəməsi ( pilləsi), ansızın kimi sözlər istər istəməz kitabın orjinallığına xərər gətirib, türk dilindən tərcümə effekti yaradır (Bir çox tərcüməçilər bu cür mətnlər nəşr etdirərək tərcümə etdiklərini zənn edirlər). Adam oxuyanda epik fentezi janrda əskiklik hiss etmir. Hadisələr axıcıdır, lakin emosional hissələrdən səthi və sürətli keçilib. Kitab sanki illustrasiya və ya animasiya məqsədilə yazılmış senaridir. Hadisələr qovha-qovla yazılıb sanki. Yəni emosialarla möhkəmləndirilməli hədəflər tam oturmur. Bəlkə də mənə belə təsir bağışladı, bilmirəm. Kitabda uzaq şərqin və qərbin fantastik sintezini hiss elədim. Senari orjinal olsa da, personaj və peysaj yeni deyil. Məsələn kara adlandırılan varlıqları oxuyanda Legend of Drizzt-dəki trolları anımsadım. Həmçinin bu varlıqların zəif nöqtələri qırtlaqlarıdır. Bu da Yapon manga və animesi olan Attack on Titans-da divlərin zəif nöqtəsini xatırladır. Onların da tək zəif nöqtəsi boyunlarının arxası idi. Həmçinin deməliyəmki, Kay və Lena münasibəti, onların başına gələn fəlakət, hətta odun yığmağa getmələri və s. Kimi hadisələr də Attack on Titans-da Eren və Mikasanı xatırladır. Kitabda mətnlə yanaşı olaraq illüstrasiyaların verilməsi möhtəşəm bir addımdır, düşünürəm ki bunlar ilk səhifədəki kimi rəngli olsa daha əntiqə olar . Aksiyona və xarakterin üstləri tərəfindən bu qədər güvənilmə səbəbinə ətraflı toxunmaq olardı. Əsər irəlilədikcə məntiqi toqquşmalar da hiss olunur. Dünya və cəmiyyətlər sağ qalmaq uğrunda mübarizə apararkən yoldaşlıq naminə də olsa, bir şəhzadənin başqa bir cəmiyyətin əsgəri tərəfindən qorunması əsərin ciddiliyini azaldır mənə görə. Ümumilikdə isə yerli ədəbiyyat üçün bir ilk olaraq daim önəmli bir yer tutacaq deyə düşünürəm.