Bəzən hiss etdiyimiz tək şey "itmək" arzusudur. Yox olmaq. Sanki, heç var olmamış kimi, yox olmaq. Bizi yandırıb, külə çevirən xatirlərdən yox olmaq. Qurub da yaşaya bilmədiyimiz xəyallardan yox olmaq. Günəş işığı tək parlayıb, sonra sönərək qaranlıq zülmətə qərq olan ümidlərdən yox olmaq. Yarım qalan hislərdən yox olmaq. Qovuşa bilməyəcəyimiz arzulardan yox olmaq.
Bəzən sadəcə yox olmaq istəyər insan.