Gönderi

Səssizlik - qadının hər şeyi deməsinin başqa formasıdır
10/10
·451 syf.··
Beğendi
·
2025 3. kitabı
·
13 günde okudu
·
Okunma: 21 Haziran 2025 00:00
“Əgər bir qadının səsini duymaq istəyirsinizsə, bu kitabı oxuyun. Oxuyun ki, susqunluqla danışan bir xalqın ağrısını eşidəsiniz…” Mən bu kitabı oxumadım. Bu kitabı duyğularımla yaşadım. Mən bu kitabı oxuyarkən Məryəm oldum, hansı ki sevgiyə, içindəki səsə həsrət qalan bir qadın oldum. Mən bu kitabı oxuyarkən Leyla oldum, hansı ki məhv olan bir şəhərdə öz uşaq saflığını itirən bir qadın oldum. Bəzən ikisinin ortasında susub qaldım. Çünki onlar bir xalqın əzabının aynası, qadınların səsi idilər. Allahım, bu necə bir kitab idi. Mən bu kitabı oxuyarkən keçirmədiyim hiss qalmadı. Xalid Hüseyni öz ölkəsinin, öz millətinin dərdini necə belə gözəl, təsirli açıqlayıb, belə bir kitab yazıb. İnana bilmirəm həqiqətən. Hər bir cümləni, hər bir abzası, hər bir səhifəni oxuyarkən hadisələri düşünürdüm, Məryəm və Leylanın yaşadıqlarını düşünürdüm. Özümü onların yerində düşünürdüm, özümü onların yerinə qoyurdum. İlahi onlar necə də güclü qadınlardırlar. Mən onların yerində olsam, bəlkə də dayana bilməzdim. Həqiqətən də, Məryəm və Leyla bütün qadınların səsidirlər. Əsərdə Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olan iki Əfqan qadınından - Məryəm və Leyladan, onların həyatından, yaşadıqlarından bəhs edir. Məryəm və Leyla tamam iki fərqli uşaqlıq keçirmiş qadındırlar. Məryəm kasıb, yoxsul bir ailədə "harami" olaraq dünyaya gəlmiş bir qız, Leyla isə mehriban, sevgi ilə böyümüş bir qız. Amma onların həyatını birləşdirən bir hadisə olur. Bu müharibədir. Müharibə, müharibə... Kaş dünyada müharibə deyilən bu anlayış olmasaydı... Kaş əvvəldə də, bu gündə də müharibə deyilən bir anlayış olmasa idi, kaş müharibə adını heç çəkməsək... Bu gündə gördüyümüz bu müharibə Məryəm və Leylanın həyatına böyük təsir göstərir. Onlar çoox çətin anlar yaşayırlar. Aşağıda yazdığım cümlələrdə spoiler mövcuddur! Müharibə onları birləşdirir, müharibə onları ayırır. Mənə əsərdə həyatı ən çox təsir edən Məryəm oldu. Canımm Məryəm, sən nələr yaşamadın ki... Sevgisiz bir uşaqlıq keçirdin, hələ özün uşaq olmağına baxmayaraq, zorla evləndirildin, hələ özün uşaq olduğun halda uşaq sahibi olmağa hazırlaşdın, o zorla evləndirildiyin "adam" tərəfindən həm psixoloji, həm fiziki şiddətə məruz qaldın... Bu cümlələri yazarkən belə yaşadıqların təkrar ağlımdan keçir və o qədər pis oluram ki... Nə ana, nə ata sevgisi gördün Leyla. Amma yaxşı ki, həyat Leyla ilə sənin yolunu birləşdirdi. Həm Leyla, həm onun uşaqları tərəfindən sevgi gördün, həm sevdin, həm sevildin. Amma çox təəsüf bunlar da uzun sürmədi. Bu qədər çətinliklər yaşamağına baxmayaraq bir dəfə belə öz atasını axtarmadı, ona möhtac olmaq istəmədi. Amma öz sevdikləri üçün - Leyla və onun uşaqları üçün o öz qürurunu heçə sayıb atası Cəlili axtardı. Cəlil demişkən... Ah, Məryəm, heç Cəlilin, atanın yazdığı məktubu belə oxumaq qismət olmadı, öz həyatını yaşamağın qismət olmadığı kimi... Hələ Məryəmin edam olunduğun səhnə, o necə bir səhnə idi. Gözyaşları ilə oxudum... Məryəm və Leyla başda aranız yaxşı deyildi, amma siz sonra başa düşdünüz ki, sizin bir-birinizdən başqa kimsənin yoxdur. Bir-birinizə sahib çıxdınız, qorudunuz... Həqiqətən də "Qadın qadının qurdu yox, yurdudur." Bu kitabı düşünürəm ki, bütün qadınlar, hər kəs oxumalıdır. Düzdü biz Əfqanıstanda olanları az-çox bilirik, amma bu kitabı oxumaq sizə çox şey qatacaq. Bura qədər oxuduğunuz üçün təşəkkürlər! Bacardığım qədər öz duyğularımı, öz hisslərimi sözlərlə ifadə etməyə çalışdım. Ümid edirəm uğurlu bir təhlil olmuşdur. Bu kitabı oxuyacaqlara xoş mütalilələr!
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
·
3 +1'leme
·
658 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
alova
Gönderi Sahibi
“Əgər bir qadının səsini duymaq istəyirsinizsə, bu kitabı oxuyun. Oxuyun ki, susqunluqla danışan bir xalqın ağrısını eşidəsiniz…” 🤍 #alovabooks #minmöhtəşəmgünəş #kitabtəhlili #1000kitab
Çox gözəl və aydın bir incələmə yazmısan. Hiss edərək yazdığın çox bəllidir. Əllərinə sağlıq🌻✨🫶🏻
alova
Gönderi Sahibi
Ayan ayy çoox sağ olll, bəyənməyinə sevindim 🥹🫠 fikrini bildirdiyinə görə çoox sağ oll, gözəlimm 🤍
alova
Gönderi Sahibi
Zəhmət olmasa, təhlili oxuyub bəyənməyi və fikir bildirməyi unutmayın! 😍