10/10
·128 syf.··
2025 12. kitabı
·
10 saatte okudu
·
Okunma: 25 Şubat 2025 23:41
Günəş yalnız səmada deyil, insanın içində də batar… Osamu Dazainin Batan Günəş əsəri Yaponiyanın II DM sonrası dağılan aristokrat sinfini təsvir etməklə yanaşı, fərdi çöküşün və yenidən doğulma ehtiyacının dərin bir hekayəsidir. Əsərin baş qəhrəmanı Kazuko zəngin bir ailənin qızıdlr və ailəsinin dağılmasını izlədikcə, həm cəmiyyətin, həm də qadınlığının dəyişdiyini hiss edir. Əsər boyunca Kazuko atasızlığın boşluğunu, anasının ölümü ilə təkliyin ağırlığını, qardaşı Naojinin intihar və ümidsizliklə olan mübarizəsini yaşasa da, o özü bu dağıntılar içində yeni bir yol, yeni bir mən axtarır. Bu yönü ilə Dazai Kazuko obrazında müharibədən sonrakı Yapon qadınının daxili və sosial dönüşümünü təmsil edir. Artıq qadın itaətkar və susqun deyil, onlar sorğulayır, qarşı çıxır, seçir. Əsər o qədər mənfiliklərlə doludur ki... o qədər çətin idi ki mənə bitirmək. Hər sətrində bir ağrı gizlidir, hər fikrində bir ümidsizlik, amma eyni zamanda bir azadlıq qığılcımı da var. Fikrimcə yazarn öz həyatı da bu obrazlarda əks olunur,xüsusilə ümidsizlik, intihar və sosial uyğunsuzluq mövzularında. Kazukonun seçimi ilə əsər “batan” bir ailənin içindən “doğan” bir qadının hekayəsinə çevrilir. Günəş batsa da, yeni bir sabahın işartısı onun ruhunda görünməyə başlayır.
Batan GüneşOsamu Dazai · İthaki Yayınları · 20234,539 okunma
·
258 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.