Gönderi

8/10
·80 syf.··
2025 8. kitabı
Çingiz Aytmatov- Cemile Kitabdakı xarakterlərdən Türkcə adları ilə bəhs edəcəyəm çünki mən onları elə tanıdım. Cemile, Danyar və Seyit. Əslində bir kitabı bitirdikdən sonra o əsər haqqında yazmaq mənə ağır gəlir. Açığı həm bir az tənbəllik edirəm çünki hər əsərə bir yazı sərf etmək ildə 30- dan çox yazı deməkdir, həm də bir az çəkinirəm ya da qorxuram. Qorxuram ki o kitabın məndə buraxdığı hisləri zədələyərəm. Kitabın, qəhrəmanların dilini unudaram, özümküləşdirərəm. Seyit özündən danışmaz, Həsənin prizmasından danışar. Belə olduğu zaman Çingiz Aytmatovun yaratdığı sehr zədələnər. Seyitin yazıları öz-özlüyündə qalsa, məndə kitabın içi ölər, duyğuları qalar. Onu mənim yazımla danışdırsam, bu zaman kitabın içi zehnimdə qalar, hisləri zədələnər yaxud rəng dəyişər. Bu rəng dəyişimi ilə razı olduğumdan Cemile əsəri haqqında bir az yazmaq istəyirəm. Yazı Cemilenin yoldaşı Sadık`ın ögey qardaşı olan Seyit tərəfindən yazılır. Onun hardasa 15 yaşı olar. Ögey qardaşı Sadık Cemile ilə evləndikdən çox qısa bir müddət sonra cəbhəyə yollanır və onun hekayəsi bu səbəbdən uzun bir müddət rəfdə qalır. Cemile bir az fərqlidir, bozkır normlarına tamamilə sadiq qalan bir gəlin deyil. Həyat doludur, çəkingənliyi yoxdur və necə deyərlər, bir az kişi kimidir. Sözünü gizləməz, fikri sözü birdir. Seyit hələ uşaqdır, sadəcə uşaqlığını yaşaya biləcəyi bir dövrdə olmadığından və işlədiyi üçün ancaq özündən böyük insanlarla münasibətdə olduğundan artıq yetkinlik qazanmışdır. Bizə kitabı oxutduran üç əsas obrazımızdan sonuncusu isə, Danyardır. Onu kitabdan bu hissə ilə təsvir etmək istəyirəm: Avılda*, cigit* denince, kendilerini ve başkalarını savunma gücü olan, iyilik etmesini bilen, ama ara sıra toylarda veya cenaze şölenlerinde aksakallara kafa tutarak canının istediğini yapan bir genç insan akla gelir. Böyleleri kadınların da dikkatini çeker. Ama, Danyar gibi bir adam, köyün günlük işlerine karışmaz, kendini uzak tutarsa, bazıları onu yok sayıp hiç ilgilenmez, bazıları da iyimser bir yaklaşımla: - Kimseye yararı, zararı yok, yoksulluk içinde yaşayıp gidiyor işte. Onun hayatı da böyle.. neden olmasın? Derlerdi. Avıl-kənd Cigit-igid Qısaca, Danyar və evil olan Cemile bir eşq yaşayırlar və sonda bir yol ayrımına gəlirlər, bu zaman verdikləri qərarı da sizlər əsəri oxuyan zaman görə bilərsiz. Məncə Çingiz Aytmatov Danyar və Cemilenin bir-birlərini tanıma hissələrini, onların yaxınlaşmalarını ustalıqla təsvir edib. Yazı çox sadə və oxunaqlı, ancaq bir o qədər də dərindir. Oxumağa başladığınız zaman böyük bir ehtimalla bitirmədən əlinizdən salmayacağınız bir kitabdır. Mən sadəcə, əsərin Seyit haqqında olan hissələrini çox bəyənmədim. Onun rəssamlıq olma arzusu, oxumağa şəhərə getməsi bir az səthi verilib. Sanki, yazar Cemile və Danyara o qədər fokuslanıb ki, Seyit ortada qalıb. Onun içindəkiləri rəsmə tökmə istəyi, bunun üzərində çalışması bir az ətraflı olsa idi, bu əsər rahatlıqla bir roman ola bilərdi. Sonda demək istəyirəm ki, Çingiz Aytmatovun hər işi oxunmaya layiqdir və o bu hekayəsində çox cəsurcasına davranıb.
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,5bin okunma
·
138 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Ustalıq axtarırsınızsa, Həsən Əbdülzadənin "Yaponka" yazısına da baxa bilərsiniz.