·184 syf.····Okunma: 28 Haziran 2025 11:40 Cek Londonun "Martin İden"i ən çox sevdiyim kitablardandır. "Yol" isə az tanınan kitablarındandır, amma yazı tərzi və ötürmək istədikləri ilə diqqəti cəlb edə bilir. Martin İdendə Londonun müəyyən yaşadıqları toplanıb. Bu kitab isə elə birbaşa özünün gənclik illərini əhatə edir.
Kitabda gənc yaşlarında etdiyi səfərlərin (səfil kimi) Londonun yazıçı olmağına necə təsir etdiyini, onun şəxsiyyətini, həyata baxışını necə formalaşdırıldığını oxuyuruq. Dilənmək üçün 1 saniyədə inanılacaq hekayə uydurmaq məsələsini xüsusilə bəyəndim.
Kitabda xronoloji ardıcıllıq gözlənilməsə də, o dövrü, Londonun gənclik illərini anlamaq üçün çox gözəl kitabdır.