·80 syf.··Beğendi
···Okunma: 28 Haziran 2025 18:33 Kitab adsız Qəhrəmanın dilindən nəql edilir. O təkdir və davamlı Sank Peterburg küçələrində gəzişir. Bir gecə o, bir qızı (Nastenkanı) ağlayarkən görür. Və onlar tanış olub, 4 gecə ard arda söhbət edirlər. Adsız qəhrəman Nastenkaya aşiq olur. Lakin Nastenka 1 il öncə ona söz verib getmiş, başqa bir adamı sevir. 4-cü gecəki görüşdə Adsız qəhrəman Nastenkaya eşqini elan edir. Lakin Nastenka küçədə sevdiyi adamla qarşılaşıb, onunla gedir. Əsərin adı isə bununla bağlıdır ki, Rusiyada yayda gün batmayan zamanlar baş verir və bu zamanlar “Bəyaz Gecələr” adlanır.
Əsər, emosional vəziyyətlərin detallıca təsvir edildiyi və daha çox melanxolik obrazların əks olunduğu, həcmcə kiçik, tipik bir Dostoyevski qələmidir.