Gönderi

7/10
·352 syf.··
2025 14. kitabı
·
17 günde okudu
·
Okunma: 20 Haziran 2025 00:00
Marc Levydən oxuduğum ikinci kitabdır. Sözün açığı, ilkini daha çox bəyənmişdim. Yenə də pis deyildi, sadəcə bəzi hissələr həddindən artıq uzun-uzadı yazılmışdı. Kitabın ortalarından etibarən hadisələr ləngiyir. Bu məqam kitabı bir az sıxıcı edirdi. Sonu isə, məncə, daha fərqli şəkildə bitə bilərdi. Düşünürəm ki, yekunu tam olaraq yaxşı bağlaya bilməmişdilər. Digər bir məni narahat edən məqam isə hərf səhvlərinin çoxluğu idi. Qanun nəşriyyatı yenə təəccübləndirmədi. Amma bütün bunlara rəğmən oxumağa dəyər, çünki maraqlı süjet xətti var, dili axıcıdır, eyni zamanda həyat və seçimlər üzərində dərin mesajlar ötürür. Nəticə olaraq, 10 üzərindən 7-yə layiqdir. Yenidən Başlamaq Mümkün Olsaydı Marc Levy
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015599 okunma
·
152 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.