Əlimizdə olan anın , indinin dəyərini bilmək, yaşamaq və həzz almaq.
Gündəlik qaça-qaçın və təlaşın əlindən fikir verməfiyimiz və dəyərinin fərqində olmadığımız o qədər anlıq məqamlar var ki.
biz insanları dəyərli edən edən nədir?
Özümüzün xüsusiyyətlərini bilmək və unutmamaq. Ailə olmaq və ailə bağları yaratmaqla var olmaq.
Sonuncu dəfə ailənizlə telefonsuz, iş çatdırmama qayğısından kənar nə zaman birlikdə sakitcə oturub söhbət etmisiz, filmə baxmısız, gəzintiyə getmisiz? Müzakirə etmisizmi?
Bax bu kitab Zərif, Təmizkar, Çalışqan və Zəhmətkeş adlı simvolik obrazların və onların kölgələrinin ifasında bunu bizə göstərir. Sürətli, məşğul həyat tərzi ilə ailə bağlarının yox olmasını, iş və ailə həyatında uyum və balansın, birlikdə vaxt keçirmənin əhəmiyyətini təqdim edir. Hekayə axmağa başlayarkən də qəribə hadisələr başlayır.
Əziz valideynlər və uşaqlar, bu Maraqlı , sehirli , öyrədici və əyləncəli kitabı yay tətilində oxumağı tövsiyyə edirəm.