“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm)
Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi
Sona qədər oxuya bilmədim. Orta əsrlərdə baş verən və kilsənin din adı altında insanları necə əldə saxladığı haqqında kitab olduğunu düşünürdüm.
Mario Puzo bu kitabında "Godfather" in necə yarandığını izah etməyə çalışır. Papa Aleksandr ilk ailə mafiyasının əsasını qoyur sanki. Klassik XV əsr Avropası. İtaliyada katolik kilsəsi, vəzifəli şəxslər və kasıb əhali. Dinin kasıblara qadağa qoyduğu hər şeyi özləri rahatlıqla edirlər. Dindarlar evlənə bilməz və evlənmirlər də. Amma fahişələrdən uşaqları var. Aleksandrın 3 uşağı nigahdankənar olsa da onları çox sevir. Ailəsi üçün hər şey edən, hətta nəsli saf qan olaraq davam etsin deyə oğlu və qızını ensest münasibətə sövq edən bir atadır. Utanmadan öz qızına qarşı cinsəl həzz belə duyur. Yozlaşmış katolik.
Yenə orta əsrlərin klassiki - qadın(yəni qızı) zövq və diplomatiya üçün evliliklərə məcbur edilir. Daha doğrusu manipulyasiya edilir. Oğlunun gücə nail olması onu necə qəddar edir təsvir olunur. Siyasət, günahların nisbiliyi və qəddarlıq kitabın əsas mövzusu sayılar.
Qeyd: kitabı tamamlamadan Mario Puza ölüb və kitabını sevgilisi tamamlayıb. Mən də mərhumun xatirəsinə kitabı tamamlamadım:)
Buna görə rəyim yarımçıq və qeyri - şəffaf ola bilər.
Ailə məsələlərinə bir az real baxmaq lazımdır. Söz-söhbətsiz ailə olacağına zəmanət vermək çox çətindir. İnsan həyatında olan hər kəslə ixtilaf yaşaya bilər. Məgər bu ixtilaf insanın valideynlərini, dostlarını tərk etməsinə, onları başqaları ilə əvəz etməyə çalışmasına səbəb olur?!